Rayon haqqında
Tarixi
Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır
1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov. İKP MK-nın plenumunun qərarına əsasən yeni sistem ləğv edilərək köhnə struktur bərpa edilmiş və Kürdəmir-Ağsu rayonunları ayrılmış, hər biri müstəqil rayon kimi fəaliyyət göstərmişdir.
Kürdəmir ərazisinin iqtisadi çəkisinin artması isə 1883-cü ildə Bakı-Tiflis dəmiryol xəttinin çəkilməsindən sonra başlanmışdır. Yeni dəmiryol xəttinin Kürdəmirdən keçməsi həm də bağ məhsullarının vaxtlı-vaxtında daşınmasına və bu sahənin inkişafına təkan verdi. Təsadüfi deyil ki , 1884-cü ildən başlayaraq Kürdəmirin bağ məhsulları artıq Rusiyanın bazarlarında satılırdı. Beləliklə Kürdəmir yeni inzibati mərkəz kimi formalaşırdı.
Dəmiryolunun çəkilişinə qədər Yeni Şamaxıya (Ağsu) yaxın hissə mərkəz idisə, dəmiryolunun çəkilişindən sonra dəmir yolunun ətrafına xeyli əhali köçdü. Hətta indi Köhnəbazar adlanan ərazi də dəmiryolunun yaninda yeni bazarla – “İskələ bazarı” ilə əvəzlənir.
XX əsrin əvvələrində Kürdəmir artıq Göyçay qəzasının inzibati dairəsi idi və ərazisinə 67 kənd və köç yerləri daxil edilmişdir.
XX əsrin əvvələri Azərtbaycan mürəkkəb siyasi proseslərin mərkəzinə çevrilmişdi. 1917-ci ilin fevralında baş verən Rusiya burjua demokratik inqilabının təsiri Azərbaycandan da yan ötmədi. Bu siyasi proseslerin məntiqi nəticəsi olaraq 1918-ci il mayın 26-da Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Lakin Bakı o zaman bolşeviklərin hakimiyyət dairəsində olduğu üçün Gəncədə yerləşən cümhuriyyət ordusu Baki istiqamətində hücuma başladı.
Bolşevik–daşnak qruplaşmaları da o zaman Kürdəmirin ərazisini tutaraq burda qanlı faciə törətdilər. İyunun 12-də Mart faciəsinin tarixi davamı olan Kürdəmir faciəsi törədildi. 1918-ci ilin iyul-avqust aylarında cümhuriyyət ordusu bir sıra qələbələr qazanaraq sentyabrda Bakıda öz hakimiyyətlərini bərqərar etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti illərində Kürdəmir qurtuluş savaşlarının fəal mərkəzinə çevrilmiş, cümhuriyyət ordusunun sıralarında doğma torpağa şərəflə qulluq etmişlər.
1920-ci ildə isə bütün Azərbaycanda olduğu kimi Kürdəmirdə də sovet hakimiyyəti quruldu. Sovet hakimiyyəti dövründə də Kürdəmir iqtisadi və mədəni mərkəz kimi böyük rol oynamışdır.
Tarixi abidələr
Rayonun Şığırlı kəndi ərazisində yerləşən ölkə əhəmiyyətli "Qaratəpə yaşayış yeri və qəbiristanlıq" arxeoloji tarixi abidəsinin (inv-1231) ilk orta əsrlərə aid olduğu ehtimal olunur. Ölkə əhəmiyyətli arxeoloji tarixi abidədir. Abidə dövlət tərəfindən qorunur.
"Şəhərgah" yaşayış yer" tarixi arxeoloji abidəsi (inv-5846) rayonun Ərəbqubalı kəndi ərazisində yerləşir.Abidə Dövlət tərəfindən qorunur.Abidəi IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. Abidədə son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır.