Könüllülük fəaliyyəti
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Kürdəmir Rayon İcra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. 1995-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.
Könüllülər sırasına qoşulmaq istəyən, aşağıda göstərilən tələblərə uyğun gələn 18-29 yaşlı gənclər Konüllü anketini doldurub mail@kurdemir-ih.gov.az elektron ünvanına göndərməklə və ya Könüllü müraciət anketi ünvanında elektron müraciət anketini doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Namizədlər üçün tələblər:
- İntizamlı - Kollektivdə işləmək bacarığı
- Təşəbbüskar - Kompüterlə işləmək bacarığı
- Ünsiyyətcil - Operativ
- Fəal - Məsuliyyətli
Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə
- 14:00-18:00 – ikinci növbə
Könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə sertifikatlar veriləcəkdir.
- Əlaqə telefonları: (+994 20) 255-44-27
Könüllülük fəaliyyəti haqqında qanun“
Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında