Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

Soyad: Əliyev
Ad: Adəm
Ata adı: İlqar
Doğum tarixi: 19.11.2000
Şəhid olub: 28.09.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri

   

                                                                                                                                     

Adəm İlqar oğlu Əliyev 2000-ci il noyabrın 18-də Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailə Kürdəmirə köçüb. Məktəbi bitirdikdən sonra Adəm Bakıda əczaçılıq kursuna yazılıb. 2019-cu ildə kursu bitirib və hərbi xidmətə yollanıb. 3 ay Gəncədə N saylı hissədə xidmətdə olub. Aprel ayında isə Daşkəsən rayonu Xoşbulaq kəndində N saylı hərbi hissədə ön cəhbədə qulluq edib, həm də müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Adəm Əliyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Ölümündən sonra Adəm İlqar oğlu Əliyev Respublika Prezidenti İlham Əliyevin Sərəncamları əsasında "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Əliyev Adəm

Soyad: Quliyev
Ad: Ramil
Ata adı: Nuralı
Doğum tarixi: 28.01.1981
Şəhid olub: 30.09.2020
Rütbə: Baş Gizir
Təltifləri

Ramil Nuralı oğlu Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub.
Baş gizir Ramil Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
Ramil Quliyev Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş və sentyabrın 30-da Kürdəmir rayonunun Qarasu kəndində dəfn edilmişdir.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramil Quliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
 

 

Soyad: Məlikov
Ad: Rəvan
Ata adı: Əliabbas
Doğum tarixi: 06.03.1996
Şəhid olub: 01.10.2020
Rütbə: Mahhxhq əsgər
Təltifləri

Məlikov Rəvan Əliabbas oğlu 06 mart 1996-cı ildə Kürdəmirdə anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 01 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Rüzügar kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub və oktyabrın 2-də Kürdəmir rayonunun Şahsevən kənd qəbirstanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Məlikov Rəvan Əliabbas oğlu ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid Məlikov Rəvan

Soyad: Novruzov
Ad: Pərviz
Ata adı: Natiq
Doğum tarixi: 02.02.2002
Şəhid olub: 03.10.2020
Rütbə: Əsgər
Təltifləri

Pərviz Natiq oğlu Novruzov 2 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. 2008-ci ildə Mərdan Quliyev adına kənd məktəbində birinci sinfə gedən Pərviz 2019-cu ildə orta məktəbi bitirir. O, Füzuli və Xocavənd istiqamətində erməni silahlı terror dəstələrinin müdafiə istehkamlarını, düşmənin keçilməz zənn etdiyi maneələri aşaraq xalqımızın 30 illik qisasını aldıqdan sonra şəhidlik zirvəsinə yüksəlib. Əsgər Novruzov oktyabrın 3-də Kürdəmir rayonunun Ərəbxana kənd qəbiristanlığında dəfn edilib.
Pərviz Natiq oğlu Novruzov ölümündən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

Şəhid Novruzov Pərviz

Soyad: Azayev
Ad: Ülvi
Ata adı: Maqsud
Doğum tarixi: 04.12.2001
Şəhid olub: 02.10.2020
Rütbə: Əsgər
Təltifləri

 

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Azayev Ülvidir.
Ülvi Maqsud oğlu Azayev 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək, Talış kəndi döyüşlərində 2020-ci ilin oktyabrın 2-də şəhid olmuş və oktyabrın 4-də Kürdəmir rayonunun Ərəbqubalı kənd qəbirstanlığında dəfn edilmişdir.
Ülvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Azayev Ülvi

Soyad: Dadaşov
Ad: Nurlan
Ata adı: Səyyad
Doğum tarixi: 27.09.2001
Şəhid olub: 02.10.2020
Rütbə: Əsgər
Təltifləri

Dadaşov Nurlan Səyyad oğlu 2001-ci il sentyabrın 27-də Kürdəmir rayonu Qarasaqqal kəndində anadan olub. Şəhidimiz anadan olduğu gündə döyüşlərə atılıb. Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
2020-ci il oktyabrın 2-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub. Həlak olan Şəhidimizin nəşi elə həmin gün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirilib və oktyabrın 4-də Qarasaqqal kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Dadaşov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin alınmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Dadaşov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
 
 

Soyad: Həşimli
Ad: Cəmil
Ata adı: Əflatun
Doğum tarixi: 11.08.1995
Şəhid olub: 05.10.2020
Rütbə: Gizir
Təltifləri

Həşimli Cəmil Əflatun oğlu 11 avqust 1995-ci ildə Kürdəmir rayonunda anadan olub. 2002-2013-cu illərdə Kürdəmir şəhər Famil Həşimov adına 3 saylı tam orta məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra 2013-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini 2013-cü ildə Astara rayonunda sərhədçi olaraq keçib.
Ailədə üç qardaşın ikincisi olan Cəmil həmişə qardaşlarına və anasına arxa olub, xüsusi bacarığı ilə fərqlənib. Vətənə olan borcunu yerinə yetirdikdən sonra qısa müddət rayonda avtomobil ustası kimi fəaliyyət göstərib. Lakin Vətənə olan sevgi onu hərbçi peşəsini seçməyə sövq edib. Bakıda kurs keçdikdən sonra gizir rütbəsi alıb.
Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan gizir Cəmil Həşimli Füzuli, Cəbrayıl və Xocavəndin işğaldan azad olunması uğrunda şərəfli döyüş yolu keçib. Son döyüşü isə Füzuli istiqamətində olub. Oktyabrın 5-də düşmənin snayper gülləsinə tuş gələrək şəhid olan Cəmil Həşimli oktyabrın 6-da Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Şəhid gizir Cəmil Əflatun oğlu Həşimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “ Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Həşimli Cəmil

Soyad: Abışov
Ad: Elnur
Ata adı: Şaiq
Doğum tarixi: 01.09.1997
Şəhid olub: 06.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri

24 yaşlı şəhid Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. Elnur Aprel döyüşlərinin fəal iştirakçısı olub. Hərbi xidmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. Vətən müharibəsinə qardaşıyla birgə yollanıb. Ailənin iki övladı torpaqlarımızın azad olunması uğrunda döyüşərək biri qazi, digəri isə şəhid adını alıb. Vətən müharibəsinin elə ilk günündən döyüşlərdə iştirak edən qəhrəman şəhidimiz Elnur Abışov Suqovuşan və Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin texnikalarını və xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 6-da qəhrəmancasına şəhid olub, oktyabrın 8-də Qarasu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur ölümündən sonra “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Abışov Elnur 

Soyad: Məmmədov
Ad: İsmət
Ata adı: Hikmət
Doğum tarixi: 02.08.1993
Şəhid olub: 08.10.2020
Rütbə: gizir
Təltifləri

Məmmədov İsmət Hikmət oğlu 02 avqust 1993-cü ildə Kürdəmir rayonunun Sor-Sor kəndində anadan olub. 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətdən sonra Bakıda gizirlik kursunda hərbi peşəyə yiyələnib və Tərtər rayonunda hərbi hissədə xidmətə başlayıb. Atasının söylədiyi kimi, bu, oğlunun arzusu idi və arzusuna çatdı. Hələ məktəb yaşlarından idmanla məşğul olan İsmət məhz hərbçi olmağı qarşısına məqsəd qoymuşdu.
Aprel döyüşlərində də iştirak edən İsmət xüsusi fədakarlığına görə komandirləri tərəfindən mükafatlandırılıb, ona fəxri fərman da verilib. Sonra o, Goranboyda hərbi hissədə xidmətini davam etdirib. Vətən müharibəsi başlayanda ön cəbhədə manqa komandiri olan gizir İsmət Məmmədov bir sıra ərazilərimizin, o cümlədən Suqovuşanın azad olunmasında böyük fədakarlıq göstərib, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Oktyabrın 8-də isə gərgin döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb, oktyabrın 10-da Sor-Sor kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İsmət Məmmədov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Məmmədov İsmət

Soyad: Ömərov
Ad: Elvin
Ata adı: Xeybər
Doğum tarixi: 18.08.1991
Şəhid olub: 10.10.2020
Rütbə: Baş Gizir
Təltifləri

Elvin Xeybər oğlu Ömərov 1991-ci il avqustun 18-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. Elvin Ömərov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elvin Ömərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Ömərov oktyabrın 10-da Hadrut döyüşləri zamanı şəhid olub. Oktyabrın 13-də Kürdəmir rayonunun Qarasu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elvin Ömərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına" görə medalları ilə təltif edilib.

Şəhid Ömərov Elvin

Soyad: Şirnov
Ad: Kamil
Ata adı: Altay
Doğum tarixi: 09.08.1999
Şəhid olub: 12.10.2020
Rütbə: Çavuş
Təltifləri

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Kamil Altay oğlu Şirinov 1999-cu il avqustun 9-da Kürdəmir rayonunun Çöl Qubalı kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Oktyabrın 13-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhid Şirinov Kamil

Soyad: Məmmədov
Ad: Fərid
Ata adı: Eyvaz
Doğum tarixi: 12.10.2000
Şəhid olub: 15.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri

Fərid Eyvaz oğlu Məmmədov 12 oktyabr 2000-ci ildə Kürdəmir rayon Şıxımlı kəndində anadan olub. 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2017-ci ildə həmin məktəbdən məzun olub. 11-ci sinfi bitirəndən sonra əsgərliyə gedib və əsgərliyi Tərtər rayonunda xidmət etməklə keçirib. Hərbi xidmətdə fəallığı ilə seçilən igidimiz müddətdən artıq hərbi xidmətdə olaraq 2020-ci ildən Maxe kimi xidmətinə davam edib. 27 sentyabr ikinci Qarabağ müharibəsi başlayanda oğlu xidmətdə olan hər valideyn kimi Fəridin anası da çox narahatçılıq keçirir. Oktyabrın 14-ü ailəsi ilə əlaqə saxlayan Fərid “hər şey yaxşı olacaq, özünüzə yaxşı baxın, görüşərik”- desə də ona bir daha ailəsi ilə görüşmək nəsib olmur. Oktyabrın 15-də günorta saatlarında Suqovuşan ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, oktyabrın 16-da Kürdəmir rayonunun Şahsevən kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fərid Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Laçının" azad olunması görə və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Məmmədov Fərid

Soyad: Soltanov
Ad: Oruc
Ata adı: Fərhad
Doğum tarixi: 01.01.1999
Şəhid olub: 17.10.2020
Rütbə: Əsgər
Təltifləri

Vətən Müharibəsində Azərbaycan Ordusunun qəhrəmancasına şəhid olan igidlərindən biri də Oruc Soltanovdur. O, 1999-cu il yanvarın 1-də Kürdəmir rayonunun Sovla kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə nizam-intizam qaydaları baxımından seçilən əsgərlərdən olub və dəfələrlə təltifnamələrə layiq görülüb. O, hərbi xidmətini uğurla baş vurduqdan sonra ailəsinin yanına qayıdıb.
Azərbaycan Ordusunun əsgəri olan Oruc Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Ordu sıralarına çağırılır. Sentyabrın 29-da valideynləri ilə sağollaşaraq müharibəyə gedib. Ailənin ən kiçik övladı olan Orucun bu Vətən sevgisi ailə üzvlərinin, yaxınlarının, sakinlərin, ümumən onu tanıyanların dilindən bir an belə düşmür.
Elə bu Vətən sevgisi Oruc Soltanovu da ön cəbhəyə, Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fədakarlıqlara sövq edir. Döyüş yoldaşları bildirirlər ki, snayper kimi xidmətini davam etdirən əsgər Oruc Soltanov düşmənin 50-yə yaxın canlı qüvvəsini və bir sıra texnikasını məhv edib. Oruc Soltanov oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub və həmin gün Kürdəmir rayonun Sovla kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhid Soltanov Oruc

Soyad: Zülfüqarov
Ad: Məlik
Ata adı: Kamran
Doğum tarixi: 27.07.2001
Şəhid olub: 20.10.2020
Rütbə: əsgər
Təltifləri

Zülfüqarov Məlik Kamran oğlu 27 iyul 2001-ci ildə Kürdəmir rayonunda anadan olub.
Şəhid anası: "Məlik 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. 11 ay olardı ki, xidmətdə idi. Daha sonra onu döyüş bölgəsinə apardılar. Oğlum 23 gün öz qanı və canı ilə vuruşub. Məliki ölməyə yox, düşməni öldürməyə göndərmişdim. Qismət belə imiş. Təki Vətən sağ olsun".
Zülfüqarov Məlik Kamran oğlu Oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb, oktyabrın 21-də Kürdəmir rayonunun Karrar qəsəbəsində dəfn olunub.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məlik Zülfüqarov ölümündən sonra "Füzulinin azad olunmasına görə", həmçinin "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Zülfüqarov Məlik

Soyad: Eyyubov
Ad: Tural
Ata adı: Yadulla
Doğum tarixi: 02.07.1992
Şəhid olub: 25.10.2020
Rütbə: leytenant
Təltifləri

Eyyubov Tural Yadulla oğlu 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Tural Eyyubov Hərbi xidmətini başa vurduqdan sonra 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və leytenant hərbi rütbəsi alıb. Azərbaycan Ordusunun leytenantı Tural Eyyubov 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı şəxsi igidlik göstərib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Eyyubov oktyabrın 25-də Füzulidə döyüşlər zamanı qəhrəmancasına şəhid olub, həmin gün Mollakənd kəndində dəfn edilib.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Eyyubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Eyyubov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Eyyubov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Eyyubov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid Eyyubov Tural

Soyad: İmamverdiyev
Ad: Elnur
Ata adı: Vəfadar
Doğum tarixi: 09.01.2001
Şəhid olub: 25.10.2020
Rütbə: Əsgər
Təltifləri

İmamverdiyev Elnur Vəfadar oğlu 9 yanvar 2001-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə xüsusi təyinatlıların “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi qulluqçusu olan Elnur İmamverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında, düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaətlər göstərib. 25 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində avtomobil qəzasına düşərək aldığı çox saylı qəlpə yarasından şəhid olub, oktyabrın 26-da Carlı kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 

Şəhid İmamverdiyev Elnur

Soyad: Kərimov
Ad: Zaur
Ata adı: Saleh
Doğum tarixi: 02.02.1996
Şəhid olub: 26.10.2020
Rütbə: Mahhxhq əsgər
Təltifləri

Kərimov Zaur Saleh oğlu 2 fevral 1996-cı ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb. Sərhəd Qoşunlarında xidmət edən Zaur hərbi xidmət müddətini bitirdikdən sonra Bərdədə hərbi kurs keçib. Hərbi kursu bitirən Zaur yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olur və Xüsusi Təyinatlı Qüvvələrdə əsgər olaraq xidmətinə davam edib.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində MAHHXHQ əsgər Zaur Kərimov kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Aygestan, Vəng, Tak, Tuğ, Mamedzor, Ataqut, Temrakuç kəndlərinin və Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qorxmazlıq nümayiş etdirib. O, 26 oktyabr 2020-ci ildə Xocəvənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olmuşdur. 28 oktyabrda Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Kərimov ölümündən sonra bir sıra orden və medallarla təltif edilib:
1.“Rəşadət” ordeni
2.“İgidliyə görə” medalı
3.“Vətən uğrunda” medalı
4.“Kəlbəcərin azad olunmasına görə” medalı
5. “Vətən müharibəsi iştirakçısı” medalı
6. "Cəbrayılın azad olunmasına görə" medalı
7. “Xocavəndin azad edilməsinə görə” medalı
8. “Qubadlının azad olunmasına görə” medalı
9. “Şuşanın azad olunmasına görə” medalı.
 
 

Soyad: Mikayılov
Ad: Nahid
Ata adı: Sovqat
Doğum tarixi: 25.04.1982
Şəhid olub: 30.10.2020
Rütbə: Baş gizir
Təltifləri

Mikayılov Nahid Sovqat oğlu 25 aprel 1982-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində dünyaya göz açıb. Orta məktəbi elə doğulduğu kənddə başa vuran Mikayılov Nahid həqiqi hərbi xidmətə yollanıb.
Xidmət müddəti bitdikdən sonra gizirlik kursunu uğurla başa vuraraq yenidən ordu sıralarına qayıdıb və elə o gündən də Silahlı Qüvvələrimizin tərkibində fəaliyyət göstərməyə başlayıb.
Sentyabrın 27-si müharibə başlayanda o da ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən biri olub. Bir neçə rayonumuzun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Lakin təəssüflər olsun ki, 30 oktyabr 2020-ci ildə düşmən mərmisi gizir Mikayılovu hədəf alıb və o ağır qəlpə yaralarından şəhid olub.
Şəhidimizin nəşi doğulduğu Kürdəmir rayonuna gətirilib və oktyabrın 31-də Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi.

Şəhid Mikayılov Nahid

Soyad: Yunusov
Ad: Murad
Ata adı: Bayram
Doğum tarixi: 10.09.2001
Şəhid olub: 04.11.2020
Rütbə: Əsgər
Təltifləri

Yunusov Murad Bayram oğlu 10 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Şahsevən kəndində dünyaya göz açıb. O, rayonun Köhnəbazar kənd tam orta məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.
2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda Murad artıq bir il idi ki, əsgər idi. Füzulidən döyüşlərə başlayan Murad Xocavəndin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda igidliklə vuruşub. Son döyüşü Şuşa istiqamətində olub, noyabrın 4-də şəhidlik zirvəsinə ucalıb və noyabrın 5-də Kürdəmir rayonunun Şahsevən kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
 
 
 

Soyad: Məmmədov
Ad: Əli
Ata adı: Əvəz
Doğum tarixi: 01.09.1998
Şəhid olub: 04.11.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri

Məmmədov Əli Əvəz oğlu 1 sentyabr 1998-ci ildə Kürdəmir rayonunun Atakişili kəndində dünyaya göz açıb.
Əli orta məktəbi 9-cu sinfə qədər oxuduqdan sonra sənədlərini hərbi məktəbə versə də, həmin məktəbə qəbul ola bilməyib və bundan sonra sənədlərini Bakı Neft Energetika Kollecinə verir və qəbul olur.
Əli 3 il 6 ay həmin kollecdə oxuduqdan sonra dostlarının hərbi xidmətə getdiyini görüb dayana bilmir və kollecdə oxumağı yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanır. İlk hərbi xidmətini 1 il 6 ay sərhəd qoşunlarında keçdikdən sonra evə qayıdır. Valideynləri ona kollecdə təhsilini davam etdirməsini desələr də, Əli qətiyyətlə hərbçi olacağını bildirir. Bundan sonra Əli Mingəçevir şəhərində 3 ay kurs keçdikdən sonra müddətdən artıq hərbçi kimi xidmətə başlayır.
Əli iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə də iştirak edərək xüsusi fədakarlıq göstərib.
Sentyabrın 27-si müharibə başlayanda Əli də bütün igid Vətən oğullarımız kimi döyüşə atılır. Kiçik çavuş Əli Məmmədov cəsur kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirib, qəhrəmanlıq göstərib.
Məmmədov Əli 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, noyabrın 5-də Şahsevən kəndində dəfn olunub.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Məmmədov Əli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid Məmmədov Əli

 

Soyad: Bayramov
Ad: Səid
Ata adı: Eldəniz
Doğum tarixi: 20.11.1999
Şəhid olub: 05.11.2020
Rütbə: əsgər
Təltifləri

Bayramov Səid Eldəniz oğlu 1999-cu il noyabrın 20-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 2006-cı ildə şəhid Əkbər Şəmiyev adına orta məktəbin 1-ci sinfinə daxil olub.
Səid 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Düşmənlə üzbəüz təmas xəttində xidmət edən Səid bir neçə dəfə fərqlənməyə görə təltif edilib. Vətən Müharibəmiz başlayanda Səid də, qardaşı da cəbhəyə yollanıblar. İki qardaş ayrı-ayrı bölgələrdə döyüşə qatılaraq böyük şücaət göstəriblər.
Bayramov Səid Murovdağ istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində, son olaraq isə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. Noyabrın 5-i Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, həmin gün doğulduğu Kürdəmir rayonunun Çöl-Ərəb kəndində torpağa tapşırılıb.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Səid Bayramov ölümündən sonra "Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad edilməsinə görə”, "Füzulinin azad edilməsinə görə” və "Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Şəhid Bayramov Səid

Soyad: Ömərov
Ad: Qoşqar
Ata adı: Səxavət
Doğum tarixi: 09.02.1994
Şəhid olub: 04.11.2020
Rütbə: əsgər
Təltifləri

Ömərov Qoşqar Səxavət oğlu 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Qarasu kəndində müəllim ailəsində anadan olmuşdur.
2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub.
21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olub. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılıb, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilərək kəşfiyyat bölüyünə daxil edilmişdir. Bir sıra yüksəkliklər uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib, noyabrın 5-də Qarasu kəndində dəfn olunub.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Qoşqar Ömərov ölümündən sonra "Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad edilməsinə görə”, "Füzulinin azad edilməsinə görə” və "Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Şəhid Ömərov Qoşqar

Soyad: Osmanov
Ad: Nizami
Ata adı: Elşad
Doğum tarixi: 29.03.2002
Şəhid olub: 13.10.2020
Rütbə: əsgər
Təltifləri

Şəhid Osmanov Nizami Elşad oğlu 29 mart 2002-ci ildə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olub. 08.05.2020-ci ildə hərbi xidmətə çağırılaraq vətən torpaqlarının işğaldan azad olunmasında öz canından keçmişdir. 13 oktyabr 2020-ci ildə müharibənin qızğın dövründə Talış-Suqovuşan istiqamətində şəhid olub, noyabrın 7-də Şahsevən kəndində dəfn olunub.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən "Vətən uğrunda”, ”Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Osmanov Nizami

Soyad: Hüseynov
Ad: Fərrux
Ata adı: Baxış
Doğum tarixi: 29.04.1995
Şəhid olub: 09.11.2020
Rütbə: Baş leytenant
Təltifləri

Hüseynov Fərrux Baxış oğlu 29 aprel 1995-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. 2001-2012-ci illərdə Kürdəmir şəhər Rüstəm Quliyev adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb. Vətən sevgisi gənc yaşlarından onu hərbçi olmağa, Silahlı Qüvvələrimizin sıralarında qulluq etməyə ruhlandırıb.
2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2016-cı ildə Ali Hərbi Məktəbi bitirib, tank bölüyünün komandiri kimi xidmətə başlayıb.
2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində tankçı kimi döyüşlərə atılıb. Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı və Xocəvənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralansa da, mübarizəsini davam etdirib. Fərrux Hüseynov Xocavənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib.
9 noyabr 2020-ci ildə tankı vurulur. Tankdan düşüb içərisindəki heyəti çıxarmağa çalışarkən ikinci dəfə atılan mərminin yanına düşməsi nəticəsində şəhid olur və noyabrın 10-da Kürdəmir rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Fərrux Hüseynov ölümündən sonra Düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
 
 

Soyad: Qəribov
Ad: Pəhli
Ata adı: Xaləddin
Doğum tarixi: 17.09.1993
Şəhid olub: 08.11.2020
Rütbə: əsgər
Təltifləri

Pəhli Xaləddin oğlu Qəribov 1993-cü il sentyabrın 17-də Kürdəmir rayonunda anadan olub. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb.
Pəhli Qəribov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Pəhli Qəribov 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun nəşi noyabrın 11-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Pəhli Qəribov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Pəhli Qəribov “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Şəhid Qəribov Pəhli

Soyad: Səlimov
Ad: Şiralı
Ata adı: Vüqar
Doğum tarixi: 01.01.2000
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər
Təltifləri

Şiralı Vüqar oğlu Səlimov 2000-ci il yanvarın 1-də Kürdəmir rayonunun Sor Sor kəndində anadan olub. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri Şiralı Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Səlimov Şiralı noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub, noyabrın 11-də Kürdəmir rayonunun Sor-Sor kəndində dəfn olunub.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şiralı Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə də təltif olunub.
 
 

Soyad: Məmmədov
Ad: Xaqani
Ata adı: Mürşüd
Doğum tarixi: 15.05.2000
Şəhid olub: 06.11.2020
Rütbə: əsgər
Təltifləri

Xaqani Mürşüd oğlu Məmmədov 2000-ci il mayın 15-də Kürdəmir rayonunun Mürtülü kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Xaqani Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Məmmədov noyabrın 6-də Xocavənd döyüşləri zamanı şəhid olub və noyabrın 18-də doğulduğu kənddə dəfn olunub.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhid Məmmədov Xəqani

 

Soyad: Əhmədov
Ad: İlqar
Ata adı: Xəqanı
Doğum tarixi: 18.03.1999
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər
Təltifləri

Əhmədov İlqar Xəqanı oğlu 18 mart 1999-cu ildə Kürdəmir rayonu İsmayıllı kəndində dünyaya göz açıb. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra İkinci Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl, sentyabrın 21-də səfərbərliyə cəlb olunub. Döyüş yolu Xocavəndə qədər davam edib və müharibənin başa çatmasına 1 gün qalmış, noyabrın 9-də şəhidlik məqamına ucalıb. Amma nəşini 15 gündən sonra əldə etmək mümkün olub və noyabrın 20-də Kürdəmir rayonunun İsmayıllı kəndində dəfn olunub.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlqar Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid Əhmədov İlqar

 

Soyad: Tarverdiyev
Ad: Feyruz
Ata adı: İslam
Doğum tarixi: 22.07.1996
Şəhid olub: 06.11.2020
Rütbə: Əsgər
Təltifləri

Azərbaycan Ordusunun əsgəri Tarverdiyev Feyruz İslam oğlu 22 iyul 1996-cı ildə Kürdəmir rayonunun Sığırlı kəndində dünyaya göz açıb.
O, noyabrın 6-da Xocavənd rayonunda gedən döyüşdə aldığı qəlpə yarası nəticəsində şəhid olub, noyabrın 30-da doğulduğu Sığırlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Feyruz Tarverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
 
 

Soyad: Nurməmmədov
Ad: Ziya
Ata adı: Zabil
Doğum tarixi: 29.08.2001
Şəhid olub: 13.10.2020
Rütbə: əsgər
Təltifləri

Şəhid Ziya Nurməmmədov 2001-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. Ziya orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda üç ay idi ki, müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Ziya Nurməmmədov cəbhənin Füzuli istiqamətindən döyüşə başlayıb, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Oktyabr ayının 13-də elə orada da qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb, dekabrın 3-də Kürdəmir rayonunun Sığırlı kəndində dəfn olunub.
Şəhid Ziya Nurməmmədov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
 
 

Soyad: Mehdiyev
Ad: Zahir
Ata adı: Zakir
Doğum tarixi: 27.04.1984
Şəhid olub: 01.11.2020
Rütbə: Gizir
Təltifləri

Zahir Zakir oğlu Mehdiyev 1984-cü il aprelin 27-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Zahir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Mehdiyev noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olub, dekabrın 4-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində dəfn olunub.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Mehdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
 
 

Soyad: Eminov
Ad: Nurlan
Ata adı: Pərviz
Doğum tarixi: 02.07.2000
Şəhid olub: 03.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri

Eminov Nurlan Pərviz oğlu 2000-ci il iyulun 2-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Nurlan Vətən Müharibəsinin gedişində 3 oktyabrda Goranboyun Buzluq kəndi istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub. İtkin düşən Nurlanın şəhidlik xəbəri 113 gün sonra gəlib. Onun nəşi 2021-ci il yanvarın 23-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində dəfn edilib.
Şəhid Nurlan Eminov ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
 
 

Soyad: Babayev
Ad: Ramil
Ata adı: Taqət
Doğum tarixi: 12.12.1991
Şəhid olub: 29.09.2020
Rütbə: baş leytenant
Təltifləri

Ramil Taqət oğlu Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyində təhsil alıb. Daha sonra təhsilini Ali hərbi akademiyada davam etdirərək oranı bitirib və zabit rütbəsi alıb.
Ramil Babayev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb. Müharibənin ilk günlərində, sentyabrın 29-da şəhid olub. Uzun müddət nəşi tapılmayıb. Şəhid 2021-ci il yanvarın 31-də Kürdəmir şəhərində dəfn edilib.
Ramil Babayev ölümündən sonra Azərbaycan prezidentinin "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Prezident İlham Əliyevin 2021-ci il 05 noyabr tarixli Sərəncamına əsasən Ramil Babayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. 

Şəhid Ramil Babayev

Soyad: Əzizov
Ad: Nəzər
Ata adı: Ağacəlil
Doğum tarixi: 28.08.1991
Şəhid olub: 13.09.2022
Rütbə: gizir
Təltifləri

Əzizov Nəzər Ağacəlil oğlu 28 avqust 1991-ci ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olub.
2008-ci ildə təhsilini başa vuraraq 2009-cu ildə hərbi xidmətə yollanıb, 2014-cü ildə N saylı hərbi hissədə gizir vəzifəsində xidmətə başlayıb. Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmancasına döyüşən Nəzər Əzizov 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olub. Sentyabrın 14-də Kürdəmir rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
44 günlük Vətən müharibəsində iştirak edən Nəzər Əzizov "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Cəsur döyüşçü", "İgidliyə görə", "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.
Nəzər Əzizov ölümündən sonra Azərbaycan prezidentinin "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 05 noyabr tarixli Sərəncamına əsasən Nəzər Əzizov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
 
 
Soyad: Əkbərov
Ad: Şahid
Ata adı: Natiq
Doğum tarixi: 22.10.1996
Şəhid olub: 19.09.2023
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
 
 
Əkbərov Şahid Natiq oğlu 22 oktyabr 1996-cı ildə Kürdəmir rayonunun Məhərrəmli kəndində anadan olub. Həmin kəndin Xəlilov Ataxan adına məktəbinin 1-ci sinfinə gedən Şahid Əkbərov təhsilini 2006-cı ildə Xətai rayonunun Əhmədli qəsəbəsində 64 saylı orta məktəbdə davam etdirib. Məktəbin 9-cu sinfi bitirən Ş.Əkbərov Kürdəmir rayonundakı peşə məktəbində təhsil alıb.
2016-cı ilin iyul ayında hərbi xidmətə yollanan Ş.Əkbərov 2019-cu ilin yanvar ayında Azərbaycan ordusunun Təlim tədris mərkəzində MAXE kursunu bitirdikdən sonra sülhməramlı komandanın tərkibində xidmətə başlayıb. 2022-ci ilin sentyabr döyüşlərində iştirak edib. 2023-cü ilin sentyabr ayının 19-da başlamış antiterror əməliyyatı zamanı şəhid olmuş və 21 sentyabrda Məhərrəmli kəndində dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən Şahid Əkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 
Soyad: Yunusov
Ad: Eltun
Ata adı: Cavanşir
Doğum tarixi: 01.05.2004
Şəhid olub: 19.09.2023
Rütbə: əsgər
Təltifləri
 
 
Yunusov Eltun Cavanşir oğlu 1 may 2004-cü ildə Kürdəmir rayonunun Sovla kəndində anadan olub. 2011-ci ildə Sovla kənd tam orta məktəbdə 1-ci sinfə başlamış və 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2022-ci ilin iyul ayında hərbi xidmətə yollanan Eltun Yunusov 2023-cü ilin sentyabr ayının 19-da başlamış antiterror əməliyyatı zamanı şəhid olmuş və 22 sentyabrda doğulduğu Sovla kəndində dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən Eltun Yunusov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 
Soyad: Dünyamalıyev
Ad: İslam
Ata adı: Teymur
Doğum tarixi: 25.06.2004
Şəhid olub: 19.09.2023
Rütbə: əsgər
Təltifləri
 
 
Dünyamalıyev İslam Teymur oğlu 25 iyun 2004-cü ildə Muradxan kəndində anadan olub. Həmin kəndin Məmiş Abdullayev adına tam orta məktəbində təhsil alan İslam Dünyamalıyev 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. 2023-cü ilin sentyabr ayının 19-da başlamış antiterror əməliyyatı zamanı şəhid olmuş və 23 sentyabrda Muradxan kəndində dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən İslam Dünyamalıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 
Soyad: Eyyubov
Ad: Murad
Ata adı: Bəxtiyar
Doğum tarixi: 10.01.2005
Şəhid olub: 19.09.2023
Rütbə: əsgər
Təltifləri
 
 
Eyyubov Murad Bəxtiyar oğlu 10 yanvar 2005-ci ildə Kürdəmir şəhərində anadan olub. Kürdəmir şəhər 5 saylı orta məktəbdə təhsil almış Murad Eyyubov 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2023-cü ilin sentyabr ayının 19-da başlamış antiterror əməliyyatı zamanı şəhid olmuş və 23 sentyabrda Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən Murad Eyyubov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 
Soyad: Əhmədov
Ad: Vüsal
Ata adı: İlqar
Doğum tarixi: 24.01.1993
Şəhid olub: 19.09.2023
Rütbə: gizir
Təltiflər
 
 
Əhmədov Vüsal İlqar oğlu 24 yanvar 1993-cü ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Qarasu kəndində Elşad Qurbanov adına orta məktəbdə təhsil alan şəhidimiz 2011-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2021- ci ilin aprel ayında Azərbaycan ordusunun Təlim tədris mərkəzində MAXE kursunu gizir rütbəsi ilə bitirib orada xidmətə başlamışdır. 2022-ci il sentyabr döyüşlərində iştirak edən Vüsal Əhmədov 2023-cü ilin sentyabr ayının 19-da başlamış antiterror əməliyyatı zamanı şəhid olmuş və 27 sentyabrda Qarasu kəndində dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən Vüsal Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 
Soyad: Əliyev
Ad: Toğrul
Ata adı: İlyas
Doğum tarixi: 17.04.1995
Şəhid olub: 20.09.2023
Rütbə: MAHHXHQ əsgər
Təltiflər
 
 
Əliyev Toğrul İlyas oğlu 17 aprel 1995-ci ildə Kürdəmir rayonunun Muğanlı kəndində anadan olub. Muğanlı kənd tam orta məktəbində təhsil alan şəhidimiz oranı bitirdikdən sonra 2010-cu ildə Kürdəmir peşə məktəbində oxumağa başlayıb. 2014-cü ilin iyul ayında hərbi xidmətə yollanan Toğrul Əliyev 2021-ci ildə Azərbaycan ordusunun Təlim tədris mərkəzində MAXE kursuna başlamışdır. 2023-cü ilin sentyabr ayının 19-da başlamış antiterror əməliyyatı zamanı  sentyabr ayının 20-si şəhid olmuş və 28 sentyabrda Muğanlı kəndində dəfn edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 07 noyabr tarixli Sərəncamına əsasən Toğrul Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 
 
Keçidlər