Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Həsənli Elşən Nazim oğlu

1986-cı ildə Yevlax şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı  şəhəri, Sabunçu  Rayon  İcra  Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, 2025-ci ilin aprel ayında başçının birinci müavini vəzifəsinə təyin edilib.
12 noyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.

Keçidlər