Əhalisi
Kürdəmir rayonunun ərazisi 1631,5 km2, əhalinin bir kvadrat kilometrə sıxlığı 67 nəfər təşkil edir. Rayonda 1 şəhər, 2 qəsəbə, 59 kənd vardır. Rayonun iri yaşayış məntəqələri Kürdəmir şəhəri, Karrar və Qarabucaq qəsəbələri, Atakişili, Xırdapay, Yenikənd, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxan, Köhünlü, Sığırlı kəndləridir. Rayonda adambaşına 1.1 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür.
2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 120,4 min nəfər olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 962 nəfər və yaxud 1,0 faiz artmışdır. Əhalinin 18,9 faizi şəhər yerlərində, 81,1 faizi kənd yerlərində yaşayır. Əhalinin orta yaş həddi 31 yaşdır.
Kürdəmir rayonu üzrə bəzi sosial-demoqrafik göstəricilər
|
nəfər |
əhalinin hər 1000 nəfərinə |
||
2022-ci il |
2021-ci il |
2022-ci il |
2021-ci il |
|
Əhalinin sayı (ilin sonuna) |
120441 |
119479 |
X |
X |
Ümumi artım |
962 |
672 |
8,0 |
5,6 |
Təbii artım |
962 |
661 |
8,0 |
5,5 |
Doğulanlar |
1578 |
1480 |
13,2 |
12,4 |
Ölənlər |
616 |
819 |
5,1 |
6,9 |
Rayona kənardan gələnlər |
- |
41 |
- |
0,3 |
Rayondan kənara gedənlər |
- |
30 |
- |
0,3 |
Nikahlar |
779 |
726 |
6,5 |
6,1 |
Boşanmalar |
128 |
146 |
1,1 |
1,2 |
2022-ci il ərzində 1578 körpə doğulmuş və 616 nəfər ölən rəsmi qeydiyyata alınmışdır. 2021-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,4-dən 13,2-ə artmış, ölənlərin sayı isə 6,9-dan 5,1-ə qədər azalmışdır.
2022-ci il ərzində rayonun müvafiq orqanları tərəfindən 779 nikah və 128 boşanma halları qeydə alınmışdır. Əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə rəsmi qeyd olunan nikahların sayı 6,1-dən 6,5-ə qədər artmış, boşanmaların sayı isə 1,2-dən 1,1-ə qədər azalmışdır. Rayon əhalisinin ümumi sayından 60,7 min nəfəri və yaxud 50,4 faizi kişi, 59,7 min nəfəri və ya 49,6 faizi qadınlardır. Rayonda 2057 nəfər məcburi köçkün, 256 nəfər qaçqın məskunlaşmışdır. Şəhid ailələrinin sayı 160, Qarabağ müharibəsi əlillərinin sayı 61 nəfərdir.
Rayonun Fəxrləri
Ağamusa Ağası oğlu Axundov orta məktəbi medalla bitirdikdən sonra ADU – nun filologiya fakultəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959) baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981-1999). Hazırda Azərbaycan EA Nəsimi adma Dilçilik İnstitutunun direktoru (1990-cı ildən), eyni zamanda AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibidir (2001-ci ildən). "Şöhrət" ordeni ilə təltif edilmişdir (2000). Ailəlidir, 2 övladı var.Ağamusa Axundov 2015-ci ildə vəfat etmişdir.
Qara Teyfur oğlu Mustafayev Biologiya elmləri doktoru, professor 1931-ci il dekabrın 15-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. 1954-cü ildə BDU-nin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1987-ci ildə professorluğu təsdiq edilmişdir. Qara müəllim BDU-da onurğalılar zoologiyası kafedrasının müdiridir. 30 ildən çoxdur ki, O, ”Təbiəti sevənlər” adlı Az Tv. proqramının əvəzsiz aparıcısı və 5 telefilm müəllifidir. İndiyə qədər 10 nəfərdən cox aspirant dissertant və magistrantlara rəhbərlik etmiş, alim hazırlamışdır. Qara müəllimim elmi əsərləri dünyanın 15 dən cox ölkəsində cap olunmuşdur.Qara Mustafayev elm və təhsil sahələrində xidmətlərinə görə 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.Qara Mustafayev 2018-ci ildə vəfat etmişdir.
Rəfael Hüseynov 1971 – ci ildə 2 saylı şəhər orta məktəbini bitirmişdir . 1971-1976 – cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır.Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur.Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir. 1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. “Vaxtdan uca” , “1002-ci gecə”, . “Məhsəti necə varsa”, “Əbədi Cavid”, və c. kitabların müəllifidir. Millət vəkilidir.
Əlisəfa Soltan oğlu Azayev 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şamaxı pedaqoji məktəbində təhsilini davam etdirmişdir. O, gənc müəllim olmaqla yanaşı yazıb yaratmağa xüsusi maraq göstərirdi. Onun yazıları rayonun və respublikanın müxtəlif qəzetlərində dərc olunmuşdur. Ə. Azayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirmişdir. Yazıcının “Yeddi il sonra” adlı ilk kitabı 1979-cu ildə nəşr edilmişdir. Ə. Azayev 1992-1996-cı illərdə BDU-nin Konstitusiya hüququ kafedrasının aspiranturasında təhsilini davam etdirmişdir. 1993-cü ildə Azərbaycan Yazıcılar Birliyinə, Jurnalistlər Birliyinə üzv qəbul edilmişdir. O, 18 detektiv kitabın müəllifidir.
Arif Soltan oğlu İsmayılov 1932-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il BDU-nın Biologiya fakültəsinə qəbul edilmişdir. 1955-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Kürdəmir rayonunda işləmişdir. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnistutunda “Heyran genetikası” ixtisası üzrə aspiranturaya daxil olmuş, 1961-ci ildə biologiya elmlər namizədi elmi dərəcəsini almışdır. 1973-cü ildə doktorluq disertasiyasını uğurla müdafiə edərək biologiya elmləri doktoru dərəcəsini almış və az sonra professor adına layiq görülmüşdür. Həmin vaxtdan indiyədək kafedranın professoru vəzifəsində işləyir. 100-dən çox elmi məqalənin, 8 monoqrafiya, dərslik, dərs vəsaitinin müəllimidir
Fuad İslam oğlu İslamzadə 1950-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. 1967-ci ildə Kürdəmir şəhər 1 saylı orta məktəbi gümüş medalla bitirmişdir. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb institutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1974-ci ildə institutu müvəffəqiyyətlə bitirmişdir. O, 60-dan artıq elmi əsərin, o cümlədən Tibb Universitetinin tələbələri üçün “Patoloji fiziologiya” dərsliyini “Patoloji fiziologiya praktikumu “(rus dilində) kitablarını yazmışdır. O həmçinin bir neçə tədris və tədris-metodik vəsaitin müəllifidir. 1984-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdur. O, qələmini tərüməçilik sahəsində də sınamış , çex alimi S.Turçanın “Övlad gözləyirik” kitabını ruscadan çevrilib çap etdirmişdir. F.İslamzadə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin nəzdindəki “Təbib” nəşriyyatının baş redaktorudur. 1986-1999-cu illərdə Tibb Universitetinin Potoloji fizologiya kafedrasının dosenti olmuşdur. O , hazırda həmin universitetin Bioloji kimya kafedrasınin dosentidir. Ailəlidir, iki övladı var
Gülputa Mənsim qızı Orucova 1922-ci ildə Kürdəmir rayonunun Karrar kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə Karrar kəndində R.Axundov adına kolxozda başlamışdır.
1944-80-cı illərdə Kürdəmir rayonundakı R. Axundov adına kolxozda manqabaşcısı, Voroşilov adına, R. Axundov adına kolxozların sədri işləmişdir.
1950-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə görə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Azərbaycan SSR Ali Sovetinə 3-cü cağrış deputat secilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 1980- cı ildən ittifaq əhəmiyyətli fərdi təqayüdə cıxmışdır.
Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur. Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1990-ci ildən ömrünün axırına kimi Ağsaqqallar Şurasının Sədri olmuşdur. Kürdəmir rayonunda təbii üsullarla müalicə vasitəsi kimi böyük əhəmiyyət kəsb edən “Şəfqət sanatoriya”sının tikilib istifadəyə verilməsində Heybət həkimin xüsusi əməyi olmuşdur. O, uzun illər hədər olub gedən termal şəfa suyunu əhalinin sağlamlığına yönəltmişdir. Heybət Mehdiyev 2007-ci ildə vəfat etmişdir.
Aşıq Şakir Hacıyev məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi olmuş və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olmuşdur.
O, Kurdəmir rayonunda yaşamış və rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin yaraşığı olmuş, hər zaman gözəl konsert proqramları ilə çıxış etmişdir.
Onun “Şirvan şikəstəsi”, “El yolunda”, “Nar ağacı”, “Nə bağ bildi, nə də bağban”, “Kəndimiz”, “Bala Nərgiz”, “Bakı” və s. mahnıları dillər əzbəridir. Aşıq Şakir Birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur
Aşıq Əhməd Rüstəmov 1921-ci ildə Kürdəmir r-nu Carlı kəndində anadan olmuşdur. Şirvanın Aşıq Ələsgəri sayılan aşıq Əhməd ilk şerini 3-cü sinifdə oxuyarkən yazmağa başlayıb. O, 1936-cı ildən başlayaraq taxtadan bir saz düzəldib qonum –qonşuda, bayramda məclislərdə çalıb oxuyardı. Aşıq Əhməd 1941-ci ildə müharibəyə getmiş, 1942-ci ildə xəsarət almış və arxa cəbhəyə qaytarılmışdır. Həmin vaxtdan rayon mədəniyyət evində Aşıqlar ansamblına rəhbərlik etmişdir. 300-ə qədər tələbəsi olmuşdur. Aşıq Əhmədin ilk şerlər kitabı ”Sazımın telləri” kitabı 1965 –ci ildə, “Əlləriniz yorulmasın “ adlı kitabı 1980-cı ildə, “İtən sazım” adlı kitabı isə 1995-ci ildə nəşr olunub . 1989-cu ildə Aşıq Əhməd Rüstəmov “Respublikanın Əməkdar mədəniyyət işçisi”Fəxri adına layiq ğörülmüşdür. Aşıq Əhmədin çap olunmamış 100-lərlə şeri, 20-yə yaxın dastanı var. O, Dağlıq Qarabağ hadisələri zamanı bütün cəbhə boyu səngər-səngər gəzmiş, əsgərlər qarşısında konsertlər vermişdir. O, yazıçılar birliyinin üzvü olmuşdur
Həsrət Muxtar oğlu Hüseynov 1927 – ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur.1950 –ci ildən rayon mədəniyyət evində çalışmağa başlayır.O, Azərbaycan gənclərinin bir neçə festivallarında iştirak edir və festivalların laureatı olur.1957 – ci ildə keçirilən VI ümümdünya festivalında qızıl medala layiq görülür.
Həsrət Hüseynov Azərbaycan muğamlarını və 100 - ə qədər xalq mahnılarını zurnada və balabanda böyük məharətlə çalırdı. O, rayonun mədəni həyatında yaxından iştirak etmiş, toy şənliklərinin mahir aparıcısı olmuşdur.1998 – ci ildə “Respublikanın əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür
Sadıq Ömər oğlu Hüseynov 1941-ci ildə Kürdəmir şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1941-1945-ci illərdə Böyük vətən müharibəsində iştirak etmişdir. O, ordudan tərxis olunduqdan sonra Kürdəmir rayonunda radio verilişləri redaksiyasının redaktoru işləməyə başlamışdır. Sadıq Hüseynov 1949-cu ildə Teatr institutuna daxil olur.
Ekstern yolu ilə dörd illik institutu iki ilə başa vurur. 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatırına aktyor qəbul edilir. 1974-cü ilə qədər teatrda işləyir.
Sadıq müəllim uzun illər respublikanının dövlət televiziyasında uşaqlar üçün maraqlı verilişlər aparır. Sadıq müəllim həmdə məşhur Savalan baba kimi tanınır. Sadıq Hüseynov 200-dən çox rollar oynamışdır. O, Respublikanın Əməkdar Artisti kimi fəxri ada layiq görülmüşdür.
Eldost Əlövsət oğlu Bayramov (Eldost Bayram) 1947-ci il yanvar ayının 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub.1964-cü ildə Kürdəmir rayon 1 №-li orta məktəbini bitirib.1965-1969-cu illərdə V.İ.Lenin adına APİ-nin tarix fakültəsində təhsil aldım, 1969-cu ildə APİ-ni tarix müəllimi ixtisası üzrə bitirib. 1969-1970-ci illərdə Moskva şəhərində hərbi xidmətdə olub.1970-ci ildən 1972-ci ilin aprel ayına qədər Y.Qaqarin adına Pioner və məktəblilər Sarayında Pioner işləri üzrə metodist vəzifəsində işləyib.1972-ci il aprel ayının 1-dən indiki Televiziya və Radio Verilişləri Qapalı səhmdar Cəmiyyətində diktor vəzifəsində işləyir. Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev tərəfindən 4 noyabr 2008-ci ildə Azərbaycan Televiziyasinin inkisafindaki xidmətlərinə: gorə «Tərəqqi» medali ilə təltif olunub:2016-cı ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq artisti adına layiq görülüb. Azərbaycan Respublikasının əməkdar artistidir. Ailəlidir bir qızı, bir oğlu və üç nəvəsi var.
Eynulla Eynulla oğlu Cəbrayılov 1935-ci ildə Kürdəmir rayonunun Şüşün kəndində anadan olmuşdur. Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam sənətinin sirlərinə yiyələnir. . Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov xalq mahnılarını (“Nazlana-nazlana”, “Bala nərgiz”, “Kimə yalvarım” və s.) böyük şövqlə oxuyan ifaçı kimi çox məşhurlaşmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn Segahı”, “Çahargah” və başqa muğamlar AzTV Fondunda saxlanılır. E.Cəbrayılov 1952 - ci ildən ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət evində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957 - ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur.
Soltan Şıxəliyev 1904-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedir. O, Qusar polkunda siyasi rəhbər kimi xidmət edir.Hərbi xidməti bitirdikdən sonra Azəriittifaqın Gəncə şəhərində təsis etdiyi mühasibat məktəbinə oxumağa göndərilir.Təhsilini başa vurduqdan sonra Kürdəmir rayon Kooperativlər İttifaqının baş mühasibi təyin olunur.S.Şıxəliyev ilk kəndli kooperativinin fəal təşkilatçılarından biri olur. Bir il ərzində 100 nəfərdən çox kəndli kooperativinə üzv cəlb edir.Rayon mərkəzində və bir çox kəndlərdə kəndli kooperativləri açır.1927-ci ildə S.Şıxaliyev Kürdəmir rayon Kooperativlər İttifaqının sədri seçilir. Leninqradda ali təhsil almışdır. 1937-ci ildə Kürdəmir rayon Sovet Lahiyyə komitəsinin sədri seçilmişdir. Soltan Şıxəliyev Azərbaycanın bir sıra rayonlarında Kürdəmir, Qəbələ, Cəlilabad, Göyçay, Ağsu, İmişlidə yüksək rəhbər vəzifələrdə işləmişdir. Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyən Soltan Şıxəliyev susuzluqdan əziyyət çəkən kürdəmirlilərə Ağsu rayonunda YOKM-lik məsafədən iməclik yolu ilə boru vasitəsilə Kürdəmir rayon mərkəzinə içməli su çəkdirmişdir. Kürdəmirdə Soltan Şıxaliyevin adına bulaq vardır.
Soltan Şıxəliyevə 1948 – ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad vermişdir. O, Lenin və Qırmızı Əmək bayrağı Ordenləri,onlarca medallarla təltif olunmuşdur.Yaşadığı küçəyə onun adı verilmişdir. S.Şıxəliyev ittifaq əhəmiyyətli fərdi təqdidçi idi. 1972-ci ildə vəfat etmişdir.