Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Qurban Bayramı münasibəti aztəminatlı ailələrə qurban payları çatdırılıb

12 avqust 2019 | 16:00

Qurban  Bayramı ilə əlaqədar Kürdəmir rayonunda yaşayan Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə,  kimsəsizlərə,  tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1500-dən çox ailəyə qurban payları çatdırılıb.
Bayram günü Böyük Vətən Müharibəsi Veteranlarının, tənha, yatax xəstəsi, kimsəsiz və əlil vətəndaşlarin evlərinə gedilərək onlara baş çəkildi və qurban payı verildi. Rayonda - ümumilikdə 2,0 tona yaxın qurban əti paylanıldı. Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər