Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşına “Dövlət qulluğunda fərqlənməyə görə”medalı təqdim olunub

30 iyul 2019 | 16:00

İyulun 30-da rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  22 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mustafayev Fuad Rauf oğluna “Dövlət qulluğunda fərqlənməyə görə”  medalı təqdim olunub. 
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə təkcə böyük siyasət adamı və görkəmli  dövlət xadimi kimi deyil, eyni zamanda,  müasir Azərbaycan dövlətinin  qurucusu və bir nömrəli dövlət qulluqçusu kimi daxil olub. Ulu Öndərin dövlət qulluğu sahəsində apardığı  siyasətin  bu gün Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq Azərbaycanda yüksək intellektə malik insan kapitalının formalaşması istiqamətində gördüyü  tədbirlərdən  danışdı.
Sonda Fuad Mustafayev sevincini tədbir iştirakçıları ilə bölüşərək  göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqını bildirdi.

Keçidlər