Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə əsaslı təmir işlərinə başlanılıb

05 iyul 2019 | 16:00

Kürdəmir, 5 iyul, AZƏRTAC

Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə əsaslı təmir işlərinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil ocağının əsaslı təmiri Təhsil Nazirliyinin sifarişi ilə “İnşaat Servis-X” MMC tərəfindən həyata keçirilir. Məktəb 1962-ci ildə inşa edilmiş 650 yerlik ikimərtəbəli və 2005-ci ildə tikilmiş 300 şagird yerlik üçmərtəbəli iki korpusdan ibarətdir. Hazırda binalarda söküntü işləri aparılır.

Əsaslı təmirin gələn ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur.

Keçidlər