Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərxalça” ASC-nin Kürdəmir filialı fəaliyyətini genişləndirir

17 aprel 2019 | 16:00

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 mart 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilib. Bu filial ötən ilin sonunda fəaliyyətə başlayıb. Burada, əsasən, Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Hazırda burada 80 nəfərdən çox toxucu çalışır. Şirvan qrupuna məxsus çeşnilər minilliklər boyu xalq sənətkarları tərəfindən yaşadılıb. Xalça mütəxəssisləri bu xalçaları yüksək sıxlığına görə dəyərləndirirlər. Hal-hazırda filialda çalışan kürdəmirli toxucular qədim xalçaçılıq ənənələrini yaşadır, keyfiyyətli xalçalar toxumağa çalışırlar. "Azərxalça" nın digər filiallarında olduğu kimi, Kürdəmir filialının toxucuları üçün də tədris-hazırlıq kursları təşkil olunub. Kurslara 150 nəfərdən çox toxucu cəlb edilib. Filialda bu günə qədər 200 kvadratmetrə yaxın xalça toxunub.
Toxucu vəzifəsi üzrə işçilərin əməkhaqqı işəmuzd olub, hər kv.m - ə 180,00 AZN təşkil edir. Hal-hazırda toxucu vəzifəsi üzrə işçi qəbul olunur. Toxucular filialda xalçaçılıq üzrə tədris- hazırlıq kursunu keçdikdən sonra daimi iş yeri ilə təmin edilirlər. Toxucuların işə rahat gəlib-getmələri üçün nəqliyyat vasitəsi də ayrılıb.
Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, konfrans zalı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

Keçidlər