Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Şahin” hərbi-idman oyunu keçirilib

09 aprel 2019 | 16:00

Aprelin 9-da Kürdəmir  Rayon  Mərkəzi  stadionunda  rayonun 43 ümumtəhsil məktəbinin iştirakı ilə “Şahin” hərbi-idman oyunu keçirilib.
Yarışın açılış mərasimində çıxış edən Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin  rəis  müavini Qalib Baxşiyev bildirdi ki ,“Şahin” hərbi-idman oyununun keçirilməsində  məqsəd  böyüməkdə  olan gənc nəslin  hərbi  vətənpərvərlik  tərbiyəsinə  diqqət  və  qayğını  daha  da  artırmaq, məktəb şagirdlərini  hərbi-idman  oyunlarına  geniş  cəlb  etməklə  onların  ordu  sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
Tədbirdə  iştirak  edən  Kürdəmir  rayon  İcra Hakimiyyəti Başçısının ictimai-siyasi  və  humanitar  məsələləri üzrə müavini Vəsilə Əsgərli  Kürdəmir  rayon  İcra  Hakimiyyətinin  Başçısı  Ceyhun Cəfərovun adından  şahinləri  təbrik  etdi. Vəsilə Əsgərli  çıxışında   qeyd  etdi  ki,  gənclərin   vətənpərvərlik  və  vətəndaşlıq tərbiyəsi  daim  dövlətin  diqqət  mərkəzindədir   və   bu    sahədə  aparılan   işlərin səmərəsinin   artırılması   istiqamətində  silsilə  tədbirlər  həyata  keçirilməkdədir. O bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin keçirdiyi məqsədli siyasət nəticəsində  ordumuzun  döyüş  qabiliyyəti  daha  da güclənib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  mühüm  addımlar  atılıb. Azərbaycan Cənubi  Qafqaz  regionunda  öz  ordusunu  daxili  imkanları  hesabına hərbi  texnika  və  silah-sursatla  təmin etmək gücünə malik olan yeganə ölkədir.Bir inaniriq ki, möhtərəm Prezidentimiz Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız yaxin vaxtlarda Şuşada, Laçında, Xankəndində, Dağlıq  Qarabağın  hər  bir  güşəsində dalğalanacaqdır. Bu qələbələrə gedən yol məhz belə hərbi vətənpərvərlik yarışlarından başlayır.
Tədbirdə  Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və dövlət bayrağı   qaldırıldı.  Sonra  yarış  açıq  elan  olunaraq  mərhələlərə  start  veildi. Sıra  hazırlığını  Səfərbərlik və Hərbi  Xidmətə  Çağrış  üzrə  Dövlət  Xidmətinin Kürdəmir  rayon  şöbəsinin  zabitləri  qəbul  etdi. Komandalar  növbəti  mərhələlərə buraxıldı. 8 mərhələdə keçirilən yarışın yekun nəticələri aşağıdaki kimi  müəyyən olunmuşdur. Çöhranlı  kənd  tam  orta  məktəbin  şahinləri I yerə, şəhər  6  saylı  tam  orta  məktəbin  şahinləri  II  yerə,  şəhər 4 saylı  tam  orta məktəbin şahinləri isə III yerə layiq görülmüşlər.
Yarışda  qalib  gələn  Çöhranlı  kənd  tam  orta  məktəbin  komandası  Göyçay rayonunda  keçiriləcək  “Şahin” hərbi-idman oyununun zona yarışında rayonumuzu təmsil edəcək.

 

Keçidlər