Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda tədbir keçirilib

24 dekabr 2018 | 16:00

Dekabrın 24-də rayonun Gənclər evində  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə" mövzusunda tədbir keçirilib.
   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun əməkdaşları və  Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri,  rayon məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şahin Əhmədov rayonda 2018-ci il ərzində narkomaniya qarşı mübarizə sahəsində görülmüş tədbirlər barədə ətraflı məlumat verdi və narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə məruzə ilə çıxış etdi.
   Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.

Keçidlər