Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun həvəskar futbol komandaları arasında keçirilən rayon turnirinə yekun vurulub

27 sentyabr 2018 | 16:00

Sentyabrın 26-da mərkəzi rayon stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan həvəskar futbol komandaları arasında idmanın futbol növü uzrə rayon turnirinin final oyunu keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin tədbirlər planına uyğun olaraq keçirilən yarışda rayonun Kürdəmir FK, Muradxan, Şüşün, Çöhranlı, Şilyan, Əbu Bəkr FK, Qafqaz, İstiqlal futbol komandaları iştirak ediblər.
Turnirin əsas məqsədlərindən biridə oktyabr ayında start götürəcək AFFA-nın Reqion liqasında iştirak edən Kürdəmir yiğmasına yeni oyunçuların cəlb edilməsidir.
Sentyabr ayının 3-dən start götürən turnirdə komandalar qrup , yarımfinal və final mərhələsində yarışıblar. Gərgin  idman  mübarizəsi ilə keçən yarışın oyunların  nəticələrinə  görə final oyununa vəsiqə qazanmış Şüşün və Kürdəmir FK komandaları  iştirak  ediblər. Komandaların  hər  ikisi  əzimkar  və  baxımlı  oyun  göstərsələrdə  oyunda  sevinən  tərəf   Kürdəmir  FK  komandası  olub.  Oyun  2-1 Kürdəmir FK komandasının qələbəsi ilə başa çatıb.
Oyunların  nəticələrinə  görə  I  yerə  Kürdəmir futbol komandası, II yerə Şüşün futbol komandası və III yerə Əbu Bəkr futbol komandası layiq görülüb.
Yarışda  fərqlənən  idmançılar  və  qalib gələn komandalar rayon Gənclər və İdman  idarəsi  tərəfindən  kubok, medal və diplomlarla  mükafatlandırılıblar.

Keçidlər