Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirilib

20 mart 2018 | 16:00

Martın 20-də Kürdəmirdə Azərbaycan xalqının milli bayramı - Novruzun gəlişi münasibətilə rayon ərazisində yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri ilə görüş keçirilib.
Tədbirdə rayon rəhbərliyi, gənclər, ziyalılar, rayonun mədəniyyət və incəsənət ustaları iştirak ediblər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  müavini Ağali Kərimli “N”- saylı Hərbi Hissənin şəxsi heyyətini salamlayıb və onları rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından  təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ordumuzun bu gün regionda ən güclü qüvvəyə malik olduğundan, torpaqlarımızı erməni işğalçılarından hər an geri almaq əzmindən bəhs edib.
Tədbir rayon incəsənət ustalarının rəngarəng konsert proqramları ilə davam edib.
Yekunda Hərbi Hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər