Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək mövzusunda maarifləndirici tədbir keçirilib

13 mart 2018 | 16:00

Martın 13-də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək mövzusunda maarifləndirici tədbir keçirilib.
M.Ə.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəb-liseyin akt zalında keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şobəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların hətta öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun ilə qoyulmuşdur.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev diqqətə çatdırıb ki, bəşəriyyətin ən böyük bəlalarından olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı narahat edən mürəkkəb problemlərdən biridir. Bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Daha sonra çıxış edən  Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şobəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədov və M.Ə.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəb-liseyin direktoru Elnur Məmmədli  narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Çıxışlar zamanı gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər