Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Həmrəylik və birlik tələbləri mövzusunda maarifləndirmə tədbiri keçirilib

22 fevral 2018 | 16:00

Fevralın 22-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Famil Həşimov adına şəhər 3 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şobəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis şöbəsinin əməkdaşı Elşad Ağayev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir   iştirakçıları   əvvəlcə    26 Fevral Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin açılışında çıxış edən  Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan da müsəlman dünyasının bir parçasıdır və İslam dünyası ölkələrində baş verən mənfi proseslər, tendensiyalar bizlər üçün də kədərlidir. O vurğulayıb ki, Azərbaycan Respublikasının, onun rəhbərliyinin İslam həmrəyliyinə verdiyi dəyərin müsəlman ölkələri tərəfindən də yüksək addım kimi qəbul edilmişdir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ halların müsəlmanlara xas olmadığını, əksinə, müsəlmanların həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduqlarını nümayiş etdirdiklərini və bütün bəşəriyyəti bu pirinsiplərə sadiq olmağa səslədiklərini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər də həmrəyliyin müsəlman xalqlar arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada sülhün, tərqqinin bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacağını qeyd ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər