Şriftin ölçüsü :

Saytın rəngi :

İntellektual oyun üzrə Kürdəmir rayon birinciliyinin qalibləri mükafatlandırılıb

15 noyabr 2017 | 16:00

Noyabrın 15-də rayonun Gənclər evində orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib. 
Yarışda rayonun 12 orta  ümumtəhsil  məktəbinin komandası iştirak edib. Komandalar iki qrupa bolunərək yarışıblar, qruplarda I-III yerləri tutan komandalar isə final oyununda öz biliklərini nümayış etdiriblər. Gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə Atakişili kənd tam orta məktəbin “Aysberq” komandası, ikinci yerə Köhnəbazar kənd tam orta məktəbin “Araz” komandası, üçüncü yerə şəhər 2 saylı tam orta məktəb-liseyin “Zəfər” komandası layiq görülüblər.
Qalib komandalar Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanla təltif olunublar. Həmin komandaların oyunçularından formalaşdırılacaq komanda rayonu noyabrın 17-də Göyçay şəhərində keçiriləcək zona birinciliyində təmsil edəcək.

Keçidlər