Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon birinciliyinə yekun vurulub

07 noyabr 2017 | 16:00

Noyabr 7-də  Möhübbət  Əzimov  adına  Atakişili   kənd   tam  orta  məktəbinin  idman zalında 9 - noyabr Azərbaycan Respublikasının Dövlət    Bayrağı   Gününə  həsr olunan   idmanın   voleybol   növü   üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun 12 ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər. Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əmədov qarşıdan gələn Bayraq Günü ilə əlaqədar yarış iştirakçılarını təbrik etdi və idmançılara qələbə sevinci arzuladı. O, bildirdi ki, hər bir ölkə və xalqın dünya miqyasında tanınmasında idman və idmançıların da böyük əməyi var. İdmançılar əldə etdiyi qələbələrlə təmsil olunduğu dövləti başqa xalqlar arasında da tanıdır. Ümumiyyətlə, son 20-30 ildə xalqların tanıdılmasında idmanın çəkisi daha da artıb. Azərbaycan da bu mənada istisna deyil. Azərbaycan artıq çoxdandır idman ölkəsi olduğunu sübut edib. Ölkəmiz tanınmış idmançıları ilə fəxr edir. Çünki onlar dünya, Avropa miqyasında olimpiya oyunlarında qazandıqları möhtəşəm uğurlarla üç rəngli Azərbaycan bayrağını layiqincə göylərə qaldırıblar.
Noyabr ayının 1-dən start götürən birinçilikdə komandalar qrup, yarımfinal və final mərhələsində yarışıblar. Oyunların nəticələrinə görə I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası, II yerə  Dəyirmanlı kənd tam orta məktəbin voleybol komandası və III yerə  Çöhranlı kənd tam orta məktəbin voleybol komandası layiq görülüblər.
Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom , kubok və hədiyələrlə mükafatlandırılıblar.

Keçidlər