Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə - narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib

30 may 2017 | 16:00

Mayın 30-da rayonun Möhübbət Əzimov adına Atakişili kənd tam orta məkktəbində Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə - narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Kürdəmir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sultan Zeynalov və şöbənin digər əməkdaşları, Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, eləcə də təhsil işçiləri, yuxarı sinif şagirdləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sultan Zeynalov çıxışında narkomaniyaya aludə olmuş insanların  cəmiyyətdən  necə təcrid olunduqlarını, onların  hətta öz yaxınları tərəfindən  də qəbul  edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb.  O qeyd edib ki, gənc  və  orta  nəsil  narkomaniya və bu kimi digər pis vərdişlərdən  uzaq  durmaqla  özündən  sonrakı  nəslə sağlam yol açmış olur. Dini radikalizmin fəsadlarından da danışan Sultan Zeynalov, radikal dini qrupların fəaliyyətinin qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Nizami Abbasov və Asif Əhmədov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov və rayon ağsaqqallarından Ağasəlim Nağıyev dini radikalizm və ekstremizm, narkomaniya və onun fəsadları, xüsusilə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  mütəmadi aparılacağı, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər