Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya şöhrətli amerikalı cazmen Kürdəmirdə konsert proqramı ilə çıxış edib

15 aprel 2017 | 16:00

Aprelin 15-də dünya şöhrətli amerikalı cazmen Qabriel Stravelli və onun musiqi qrupunun Kürdəmirdə konserti olub.
Rayonun Mədəniyyət evində keçirilən konsert Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunub.
Amerikalı vokalist, dünya şöhrətli caz ustası Qabriel Stravellinin çıxışı Kürdəmir musiqisevərləri tərəfindən böyük maraqla izlənilib. Sənətçinin ifasında səsləndirilən “Laçın” və “Saçlarına gül düzüm” Azərbaycan xalq mahnıları sürəkli alqışlarla qarşılanıb.

Keçidlər