Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə qanvermə aksiyası təşkil olunub

04 aprel 2017 | 16:00

Aprelin 4-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində könüllü qanvermə aksiya təşkil olunub. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, mülki vətəndaşlara yardım məqsədi ilə keçirilib.
Humanitar tədbirdə könüllü olaraq rayon əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları,  təhsil,  səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə ediblər. Aksiyada 800 nəfərədək əhali iştirak etmişdir ki, onlardan da 133 nəfərdən qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilmişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

Keçidlər