Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları yola salınmışlar

16 mart 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti  maarifləndirici tur-aksiyalara start verilib.  Martın 16-da səhər saatlarında  Kürdəmir  rayonundan  40 nəfərlik  məktəbli qrup Gəncə - Şəmkir - Göygöl marşrutu üzrə yola salınıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi keçirilib.
Əvvəlcə mərasim  iştirakçıları  müasir  Azərbaycan  dövlətinin  qurucusu  və  memarı   Ümummilli  Lider  Heydər  Əliyevin  abidəsini   ziyarət   ediblər.  Sonra onlar  Heydər  Əliyev  Mərkəzində   olmaqla   dahi   rəhbərə   həsr   olunan  guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Yolasalma mərasimində çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbir iştirakçıları çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Kürdəmir şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi  Fidan Səlimova   bildirib ki, səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradacaq. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə əminəm”.
Mərasimin sonunda şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Gəncəyə yola düşüblər.

 

Keçidlər