Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə İslam Həmrəyliyi İli çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və məktəblilərin dini dünyagörüşü” mövzusunda tədbir keçirilib

10 mart 2017 | 16:00

Martın 10 – da Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə İslam Həmrəyliyi İli çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və məktəblilərin dini dünyagörüşü”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis İdarəsinin əməkdaşları Nizami Abbasov, Elşad Ağayev, Kamran İmanov, şəhər məktəblərinin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, hər birimizə məlumdur ki, prezident İlham Əliyevin liderliyində Azərbaycan artıq yeni təşəbbüslə çıxış edir: İslam həmrəyliyinə nail olmaq! Bunu həyata keçirməklə həm daxili qovğalara son qoymaq, həm də islamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək mümkündür.
Tədbirdə “Milli-mənəvi dəyərlərimiz sərvətimizdir” mövzusunda çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov, “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, “radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayon üzrə nümayəndəsi, şəhər 1 saylı orta məktəbin direktoru Vüqar Nəsirov isə “Milli dəyərlər qorunur, yaşadılır” mövzusunda çıxışlar ediblər.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırmışdır.

Keçidlər