Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib

18 yanvar 2017 | 16:00

Yanvarın 18-də Kürdəmir rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr olunan “ 20 Yanvar – şərəf və qəhrəmanlıq tariximiz ” adlı dəyirmi masa təşkil edilib.  
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elman Məmmədov, mədəniyyət işçiləri və oxucular iştirak edirdilər.
Tədbiri MKS – nin direktor müavini İradə Mahmudova açaraq, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 yanvar hadisələri haqqında məlumat verdi. Və sonra 20 yanvar şəhidləri başda olmaqla Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Tədbirdə ilk olaraq İHB-nin Humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli çıxış edərək 1990 – cı ilin 20 yanvar hadisələrinin Azərbaycanın azadlıq mübarizəsinin başlanğıcı olmasından və 2016 – cı ilin aprel hadisələrindən və ordumuzun qələbəsindən söhbət açdı. Sonra Mərkəzi kitabxananın şöbə müdiri Növrəstə Qəhrəmanova “20 yanvar - tariximizin qanlı və şanlı səhifəsi” adlı, MKS – in Uşaq şöbəsi üzrə direktor müavini Xatirə Soltanova “O günü unutmadıq” adlı, məruzələrlə çıxış edərək 20 yanvar hadisələrinin Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından və bu hadisələrin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğundan söhbət açdılar.
Tədbirin sonunda Kürdəmir Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elman Məmmədov çıxış edərək Azərbaycanın qəhrəmanlıq tarixi olan 20 yanvar hadisələrinə bir daha nəzər saldı və keçirilən tədbirlərdə mübarizlik, qələbə ruhunun daha da yüksək olunmasını tövsiyə etdi.
Tədbirdə iştirakçılara 20 yanvar hadisələrinə həsr edilmiş “20 yanvar qəhrəmanlıq tariximiz” adlı ədəbi kompozisiya və bu faciəyəyə həsr edilmiş sənədli film, Mərkəzi kitabxananın əməkdaşı Xalidə Məmmədovanın ifasında “Şəhidlər xiyabanı” şeiri, oxucularımız Yaşar Rəhimlinin ifasında Əli Həsənin “ Şəhidim mənim, şahidim mənim” şeiri, Nihad Əhmədovun ifasında “Azərbaycan” mahnısı və “20 yanvar azadlığa gedın yolun zirvəsi” adlı geniş kitab sərgisi təqdim edildi.


 

Keçidlər