Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları yola salınmışlar

12 noyabr 2016 | 16:00

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilib. Noyabrın 12-də səhər saatlarında Kürdəmir rayonundan 40 nəfərlik məktəbli qrup Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi keçirilib.
Əvvəlcə mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Yolasalma mərasimində çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbir iştirakçıları çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Kürdəmir şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdi  Aytac Şərifova    bildirib ki, səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradacaq. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə əminəm”.
Mərasimin sonunda şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Qəbələyə yola düşüblər.

 

Keçidlər