Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “15 sentyabr Bilik-günü” qeyd olunub

15 sentyabr 2016 | 16:00

Sentyabrın 15-də Kürdəmir rayonunun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ötən il ölkə rəhbəri cənab İlham Əliyevin açılışını etdiyi  Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində “Bilik bayramı”nda iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aytən Cəbrayılova müəllim və şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından danışdı.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər , internat evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.
Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular.

 

 

Keçidlər