Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə idmanın mini futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

07 noyabr 2021 | 16:00

Kürdəmirdə idmanın mini futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 01-06 noyabr 2021-ci il tarixlərdə  Kürdəmir Olimpiya İdman Kompleksində 08 Noyabr-Zəfər  gününə həsr edilmiş idmanın mini futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Yarış AFFA-nın müəyyən etdiyi qaydalara əsasən keçirilib. Yarışda Kürdəmir rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin və Kürdəmir Olimpiya İdman Kompleksinin 8 komandası  iştirak etmişdir. Turnirdə iştirak edən komandalar qrup və final mərhələlərində öz güclərini sınamışdır. Turnirdə keçirilmiş oyunların nəticələrinə görə I yeri “Zəfər” futbol komandası, II yeri “Mübarizlər” futbol komandası, III yeri isə “Qarabağ” futbol komandası qazanmışdır.
Yarışda qalib gələn komandalar Kürdəmir rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar ilə mükafatlandırılmışdır.

 

Keçidlər