Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ağacəkmə aksiyası keçrilib

27 sentyabr 2021 | 16:00

27 sentyabr – Anım Günü münasibətilə Kürdəmir rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçrilib. Aksiya xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirilib.
Aksiyaya Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının vəzifəsini müvəqqəti icra edən, Başçının müavini Ağali Kərimli, Şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat nümayəndələri və rayon ziyalıları qatılıblar.
Aksiya iştirakçıları tərəfindən rayonun Heydər Əliyev Parkında və şəhər ərazisində  yol  kənarlarında 1000 ədədə yaxın eldar şamı, sərv, küknar ağacları əkilib. Əkilən ağacların suvarılması və becərilməsi diqqət mərkəzində saxlanılır.

Keçidlər