Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə idmanın Mini Futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib

26 iyul 2021 | 16:00

İyul ayının 22-dən 26-sı tarixinədək Kürdəmir Olimpiya İdman Kompleksində 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunan idmanın Mini Futbol növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov tədbir işitirakçılarını bayram münasibəti ilə təbrik etdi . O öz cıxışında bildirdi ki, 26 iyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günüdür. Ümummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılıb.
Yarış AFFA-nın müəyyən etdiyi qaydalara əsasən dairəvi sistem üzrə keçirilib.Yarışda 50 yaxın yeniyetmə iştirak etmişdir. Turnirdə iştirak edən komandalar qrup və final mərhələlərində öz güclərini sınamışdırlar. Turnirdə keçirilmiş oyunların nəticələrinə görə I yeri “Kürdəmir” futbol komandası, II yeri “Kəpəz” futbol komandası, III yeri isə “Neftçi” futbol komandası qazanıblar.
Yarışda qalib gələn komandalar Kürdəmir rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar ilə mükafatlandırılıblar.

 

Keçidlər