Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 9800 hektardan çox sahədə yazlıq bitkilər əkilib

13 iyun 2021 | 16:00

Kürdəmir rayonunda 9804 hektar sahədə yazlıq bitkilər əkilib və əkin sahələri ötən ilin müvafiq göstəricisindən 6,8 faiz və ya 625 hektar çoxdur.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, sahələrin 972 hektarında qarğıdalı, 1234 hektarında çoxillik otlar, 2502 hektarında pambıq, 897 hektarında kartof, 1453 hektarında tərəvəz, 2560 hektarında bostan bitkiləri əkilib. Habelə, 73 hektar sahədə şəkər çuğunduru, 81 hektarda darı, 21 hektarda günəbaxan və digər bitkilər becərilir.

Keçidlər