Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə şəhid və qazi ailələri ziyarət olunub

18 mart 2021 | 16:00

Novruz bayramı ərəfəsində Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının aparat işçiləri, Gənclər Birliyinin fəal üzvləri və könüllüləri, təhsil və mədəniyyət işçiləri şəhid və qazi ailələrini ziyarət ediblər. 
Ziyarətə gələnlər şəhid və qazi ailələrinə bayram sovqatı verib, onlara maddi dəstək göstərib, qayğıları ilə maraqlanıblar. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb, qazilərə Allahdan şəfalar diləyiblər.
Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Görüşlərdə şəhidlərin və qazilərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.
Ümumilikdə 250-dən çox şəhid və qazi ailəsi ziyarət olunub.

Keçidlər