Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirlilər Şuşanın azad olunmasını böyük sevinc və qürur hissi ilə qeyd ediblər

09 noyabr 2020 | 16:00

Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan azad etməsi ölkəmizin hər yerində olduğu kimi Kürdəmirdə də sevinc və qürur hissi ilə qeyd edilib.
Noyabrın 8-də Kürdəmir şəhərində Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı yürüş-aksiya keçirilib. Kürdəmirlilər əllərində Azərbaycan bayrağı şəhərin prospekt və küçələrinə axışaraq Şuşa zəfərinin sevincini paylaşıblar. Yürüş iştirakçıları "Qarabağ!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan ordusu!" kimi şüarlar səsləndiriblər.
Yürüş-aksiya şəhərin Qələbə parkında möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Keçidlər