Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən gənclərə tibbi maska , əlcək və spirt paylanılmışdır

18 iyun 2020 | 16:00

İyunun 18-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin əməkdaşları və rayonun gənc könüllüləri “Biz bir yerdə güclüyük” devizi altında COVID-19 infeksiyasının yayılmaması ilə əlaqədər rayonuun müxtəlif yerlərində gənclər arasında maarifləndirici aksiya keçiriblər. 
Koronavirus (COVID 19) infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Kürdəmir rayonu ərazisində profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən davam etdirilir. Bu məqsədlə bugün Kürdəmir rayon Gənclər və İdman idarəsinin əməkdaşlarının və könüllülərin təşəbbüsü ilə rayonumuzda bu virusun yayılmasının qarşısının alınması məqsədi ilə gənclər arasında maarıfləndirici söhbətlər aparılmış və rayonun 100 gəncinə tibbi maska, əlcək və spirt paylanılmışdır.

Keçidlər