Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) koronavirus pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində tənha ahıl insanlara, aztəminatlı ailələrə ərzaq yardımı göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 29-da respublikamızın bütün ərazilərinə, o cümlədən Şirvan bölgəsinə göndərilən ərzaq bağlamaları yüklənmiş avtomobil Kürdəmir rayonuna gəlib. Rayon icra hakimiyyəti tərəfindən tərtib edilən siyahıya əsasən imkansız şəxslərə və ailələrə zəruri ərzaq məhsulları olan 50 bağlama paylanıb.