Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının gəncləri və könüllüləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdiriblər

24 mart 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində irəli sürülən vəzifələrə və bununla bağlı YAP İcra Katibliyinin tövsiyyələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının gəncləri və könüllüləri mart ayının 24 -də “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasını davam etdiriblər.
Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatlarının gəncləri və könüllüləri köməyə ehtiyacı olan ahıl insanların evlərinə baş çəkmiş , onlara koronavirusdan qorunmaq üçün sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırmış, xəstəlikdən qorunma üsullarını izah etmişlər .

Keçidlər