Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür

06 mart 2020 | 16:00

Kürdəmir rayonunda koronovirus xəstəliyinə qarşı mübarizə tədbirləri-profilaktiki işlər geniş miqyasda aparılır. Bütün təhsil müəssisələrini, idarə, təşkilat və müəssisələrin inzibati binalarını, idman zallarını, Olimpiya İdman Kompleksini, Xalça emalatxanasını, idman qurğularını, insanların daha çox toplaşdığı qapalı yerləri bu tədbirlər əhatə edəcəkdir.
Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, görülən bütün işlər müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Həmçinin sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də izah edilir.

Keçidlər