Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə idmanın voleybol növü üzrə rayon turniri keçirilib

06 mart 2020 | 16:00

Martın 5-də Kürdəmir Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman idarəsinin və Kürdəmir Regional “Asan xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Bədən tərbiyəsi və idman gününə həsr olunmuş idmanın voleybol növü üzrə rayon turniri keçirilib. 
Asan xidmət könüllüləri arasında keçirilən yarışın məqsədi idman gününün qeyd olunması və rayon gəncləri arasında könüllülük hərəkətının yayılmasıdır. Olduqca maraqlı kecən yarışın yekun nəticəsinə görə “Birlik” voleybol komandası I yerə, “Lider” voleybol komandası isə II yerə layiq görülübər.
Yarışda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar .

 

Keçidlər