Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş bayram tədbiri keçirilib

05 mart 2020 | 16:00

Martın 5-də rayon ərazisindəki “N” saylı hərbi hissədə Kürdəmir rayon İcra Hakimiyyəti və  Kürdəmir  Regional  Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş bayram tədbiri keçirilib. 
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Kürdəmir Regional Mədəniyyət idarəsinin əməkdaşları, “N” saylı hərbi hissənin rəhbərliyi və şəxsi heyəti iştirak ediblər.
Tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun təbrik məktubunu oxudu.
Tədbirin sonunda Kürdəmir Uşaq İncəsənət məktəbinin şagirdləri tərəfinddən hazırlanmış kompazisiyalar və rayon incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olundu.

Keçidlər