Kənd təsərrüfatı
2022-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi dəyəri faktiki qiymətlərlə 232046,5 min manat təşkil etmişdir. Kənd təsərrüfatının ümumi məhsulunun 137310,6 min manatı və ya 59,2 faizi bitkiçilik, 94735,9 min manatı və ya 40,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
2022-ci ilin məhsulu üçün cəmi əkin sahəsi 54552,4 hektar və ya 2021-ci illə müqayisədə 2773,3 hektar az olmuşdur.
Əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də bitkiçilik sahəsində taxılçılıq prioritet sahə olmuşdur. 2022-ci ilin əkin sahəsinin 72,1 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 3,8 faizini texniki bitkilər, 7,8 faizini kartof, tərəvəz və bostan bitkiləri, 16,3 faizini yem bitkiləri təşkil etmişdir.
2022-ci ilin məhsulu üçün cəmi əkin sahələrinin 11167,3 hektarı və ya 20,5 faizi kənd təsərrüfatı müəssisələrinin, 42948,0 hektarı və ya 78,7 faizi ailə kəndli və ev təsərrüfatlarının, 437,1 hektarı və ya 0,8 faizi fərdi sahibkarların payına düşmüşdür.
2022-ci ilin məhsulu üçün salamat qalmış taxılın biçiləcək sahsi 39075,6 hektar, o cümlədən 9975,2 hektarı və ya 25,5 faizi buğda, 29100,4 hektarı və ya 74,5 faizi arpa əkin sahələri olmuşdur. Taxılın yığım sahəsi əvvəlki ilə nisbətən 510,6 hektar və ya 1,3 faiz azalmışdır. Buğdanın əkin sahəsində 2194,6 hektar və ya 18,0 faiz azalma, arpanın əkin sahəsində isə 1684,0 hektar və ya 6,1 faiz artım müşahidə olunmuşdur.
2022-ci ildə buğda istehsalı əvvəlki ilə nisbətən 6341,9 ton və ya 15, faiz az olmaqla 34912,5 ton olmuş, məhsuldarlığı isə 1,1 sentner və ya 3,2 faiz çox olmaqla 35,0 sentnerə çatmışdır. Arpa istehsalı isə əvvəlki ilə nisbətən 5189,0 ton və ya 5,5 faiz çox olmaqla 100104,0 ton, məhsuldarlığı isə 0,2 sentner və ya 0,6 faiz azalmaqla 34,4 sentner olmuşdur.
İstehsal olunan taxılın tərkibində arpa əsas yer tutmuşdur. 2022-ci ildə istehsal olunan taxıl məhsulunun 25,9 faizini buğda, 74,1 faizini arpa təşkil etmişdir.
Dənlik qarğıdalı da daxil olmaqla 2022-ci ildə 39343,6 hektar dənli və dənli paxlalılar əkilmiş sahədən və həmçinin təkrar əkinlərdən 137019,5 ton məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5000,3 ton və ya 3,5 faiz az olmuşdur. İstehsal olunmuş dənli və dənli paxlalı məhsulların 25,5 faizi buğda, 73,1 faizi arpa, 1,2 faizi dən üçün qarğıdalı, 0,1 faizi darı, 0,1 faizi isə sair paxlalılar olmuşdur. Dənli və dənli paxlalıların məhsuldarlığı 2021-ci ilə müqayisədə 0,2 sentner azalaraq 34,6 sentner olmuşdur.
İstehsal edilmiş dənli və dənli paxlalıların 25103,7 tonu və ya 18,3 faizi kənd təsərrüfatı müəssisələrinin, 110622,3 tonu və ya 80,7 faizi ailə kəndli və ev təsərrüfatlarının, 1293,5 tonu və ya 1,0 faizi fərdi sahibkarların payına düşmüşdür.
2022-ci ildə bitkiçilik məhsullarının əkin sahəsi,
məhsul istehsalı və məhsuldarlığı
Məhsulun adı |
Yığılmış sahə, hektar |
Məhsul istehsal edilmişdir,1) ton |
Məhsuldarlıq, sentner |
|||||||||||||||
2022 |
2021 |
Fərq (+ -) |
2022 |
2021 |
Fərq (+ -) |
2022 |
2021 |
Fərq (+ -) |
||||||||||
Buğda |
9975,2 |
12169,8 |
-2194,6 |
34912,5 |
41254,4 |
-6341,9 |
35,0 |
33,9 |
1,1 |
|||||||||
Arpa |
29100,4 |
27416,4 |
1684,0 |
100104,0 |
94915,0 |
5189,0 |
34,4 |
34,6 |
-0,2 |
|||||||||
Qarğıdalı |
150,0 |
872,0 |
-722 |
1753,0 |
5686,9 |
-3933,9 |
62,7 |
55,1 |
7,6 |
|||||||||
Darı |
46,0 |
81,0 |
-35,0 |
97,0 |
163,5 |
-66,5 |
21,1 |
20,2 |
0,9 |
|||||||||
Pambıq |
2044,7 |
2501,9 |
457,2 |
5682,6 |
6048,7 |
-366,1 |
27,8 |
24,2 |
3,6 |
|||||||||
Dən üçün günəbaxan |
2,0 |
21,0 |
-19,0 |
18,5 |
37,2 |
-18,7 |
18,5 |
18,6 |
-0,1 |
|||||||||
Kartof |
784,0 |
897,0 |
-113,0 |
11158,0 |
12454,0 |
-1296,0 |
132,9 |
131,0 |
1,9 |
|||||||||
Tərəvəz |
1337,1 |
1452,8 |
-115,7 |
20678,3 |
23735,8 |
-3057,5 |
118,1 |
118,7 |
-0,6 |
|||||||||
Bostan |
2153,0 |
2560,0 |
-407,0 |
42859,2 |
49028,5 |
-6169,3 |
199,1 |
194,6 |
4,5 |
1) Təkrar əkinlərin məhsulu da nəzərə alınmaqla
2022-ci ildə 150 hektar sahədən dən üçün qarğıdalı əkilmiş və il ərzində təkrar aparılan əkinlərdən toplanan məhsul da nəzərə alınmaqla 1753,0 ton dənlik qarğıdalı istehsal edilmişdir. İstehsal edilmiş qarğıdalı əvvəlki illə müqayisədə 3933,9 ton və ya 69,2 faiz az olmuşdur. Qarğıdalının əkin sahəsi əvvəlki ilə nisbətən 722,0 hektar və ya 82,8 faiz azalmış, məhsuldarlığı isə 7,6 sentner və ya 13,8 faiz artmışdır.
Dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 46 hektarı darı olmuşdur. Darı əkilmiş sahələrdən il ərzində 97,0 ton məhsul toplanmışdır.
2022-ci ildə pambıq əkilmiş sahələr əvvəlki illə müqayisədə 457,2 hektar və ya 18,3 faiz azalaraq 2044,7 hektar olmuşdır. Pambıq əkilmiş sahələrdən 5682,6 ton pambıq toplanaraq tədarük məntəqələrinə təhvil verilmişdir. 2021-ci illə müqayisədə pambıq istehsalı 366,1 ton və ya 6,1 faiz azalmış, məhsuldarlığı isə 3,6 sentner və ya 14,9 faiz artmışdır.
İl ərzində dən üçün günəbaxanın əkin sahəsi 2 hektar, yığılmış məhsul isə 18,5 ton olmuşdur. Məhsul yığılmış sahə ötən ilə nisbətən 19,0 hektar, yığılmış məhsul isə 18,7 ton az olmuşdur.
Bundan başqa 784,0 hektar sahədə kartof əkilmiş, təkrar əkinlərdən toplanmış məhsul da nəzərə alınmaqla ümumilikdə 11158,0 ton kartof istehsal edilmişdir. Kartofun əkin sahəsi əvvlki illə müqayisədə 113,0 hektar və ya 12,6 faiz azalmışdır. Məhsul istehsalı isə əvvəlki illə müqayisədə ümumilikdə 1296,0 ton və ya 10,4 faiz azalmışdır. Kartofun məhsuldarlığı hər hektara 1,9 sentner və ya əvvəlki ilə nisbətən 1,5 faiz artmaqla 132,9 sentnerə çatmışdır.
2022-ci ilin məhsulu üçün açıq və örtülü torpaqlarda tərəvəzin əkin sahəsi 1337,1 hektar olmaqla, əvvəlki ilə nisbətən 115,7 hektar və ya 8,0 faiz azalmışdır. İl ərzində açıq və örtülü torpaqlardan, həmçinin təkrar əkinlərdən 20678,3 ton tərəvəz məhsulu istehsal olunmuşdur. İstehsal olunmuş tərəvəz məhsulu əvvəlki ilə nisbətən 3057,5 ton və ya 12,9 faiz azalmışdır. 2022-ci ildə örtülü torpaqlarda tərəvəz yetişdirilməsi işləri daha da təkminləşmişdir. Ümumilikdə örtülü torpaqlarda yetişdirilən tərəvəz əkinlərindən 3051,0 ton məhsul toplanmışdır.
İl ərzində bostan əkilmiş sahələr 2153,0 hektar olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 407,0 hektar və ya 15,9 faiz azalmışdır. Bostan məhsulunun istehsalı keçən ilə nisbətən 6169,3 ton və ya 12,6 faiz azalaraq 42859,2 ton olmuşdur.
2022-ci ildə yeni salınmış bağlar və giləmeyvəliklər 24,5 hektara, cəmi əkmələr isə 3788,3 hektara çatdırılmışdır. Bar verən 3686,7 hektar sahədən 36763,0 ton məhsul toplanmışdır ki, bu da əvvəlki illə müqayisədə 413,1 ton və ya 1,1 faiz çox olmuşdur. Narçılıq sahəsi son illər daha da inkişaf etmiş, ötən illə müqayisədə nar bağlarının əkin sahəsi 13,6 faiz artaraq 3222,6 hektara çatmışdır. Rayon üzrə meyvə istehsalının 32337,7 tonu və ya 88,0 faizi nar bağlarının payına düşür.
İl ərzində bar verən 66,0 hektar üzümlüklərdən 234 ton, ümumilikdə isə talvar üzümü də daxil edilməklə 2747,0 ton məhsul yığılmışdır. Yığılmış məhsul əvvəlki illə müqayisədə 132,0 ton və ya 5,0 faiz çox olmuşdur.
2022-ci ildə heyvandarlıq sahəsində diri çəkidə 9772,8 ton ət, 47734,2 ton süd, 29969,0 min ədəd yumurta, 286,8 ton yun istehsal edilmişdir. 2021-ci ilə nisbətən ət istehsalı 0,8 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 0,3 faiz, yun istehsalı isə 0,5 artmışdır.
Heyvandarlıq məhsullarının istehsalı, ton
Məhsulun adı |
2022-ci il |
2021-ci il |
Əvvəlki ilə nisbətən, faizlə |
Ət (diri çəkidə) |
9772,8 |
9692,1 |
100,8 |
Süd (fiziki çəkidə) |
47734,4 |
46468,3 |
102,7 |
Yumurta, min ədəd |
29969,0 |
29871,0 |
100,3 |
Yun |
286,8 |
285,5 |
100,5 |
2023-cü ilin yanvar ayının 1-i vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 59441 baş, inək və camışların sayı 31025 baş, qoyun və keçilərin sayı 127020 baş, donuzların sayı isə 163 baş təşkil etmişdir. Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qaranın sayı 6,9 faiz, inək və camışların sayı 5,4 faiz, qoyun və keçilərin sayı 5,2 faiz azalmış, donuzların sayı isə 2,5 faiz artmışdır.