Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edilib.
17 iyul 2023 | 17:02
Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edilib. Ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsinin ziyarəti ilə başlayan dəyirmi masada rayonun icra başçısı Elxan İbrahimov, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, YAP-ın Kürdəmir rayon təşkilatının ilk sədri, partiyanın veteran üzvü Rafiq Mehdiyev, partiyanın veteran üzvləri Novruz Umudov, Vahid Əliyev, Ağali Kərimli, rayon ziyalıları Ramiz Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Yaqut Əşrəfova, ərazi partiya təşkilat sədri Mais Bayramov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib, Yeni Azərbaycan Partiyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs ediblər.
Tədbirin sonunda partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə veteran partiya üzvlərinə və partiya fəallarına Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.