Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın ölkəmizdəki səfiri Kürdəmirdə olub.

31 avqust 2022 | 18:36
Avqustun 31-də Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Cuniçi Vada Kürdəmirdə olub.
Rayon İcra hakimiyyətinin başçısı Elxan İbrahimov görüş zamanı Kürdəmir rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı və aqrar potensialı barədə səfirə ətraflı məlumat verib.
Görüşdə iştirak edən Milli Məclisin deputatı, Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə bildirib ki, ölkələrimiz arasında 30 illik dostluq və əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr çərçivəsində Yaponiya səfirliyinin həyata keçirdiyi sosial layihələrin əhəmiyyəti olduqca böyükdür.
Yaponiya səfiri Cuniçi Vada ona göstərilən yüksək qonaqpərvərliyə, ölkəsinin ünvanına səslənən xoş sözlərə görə minnətdarlığını bildirərək, Kürdəmir rayonu ərazisində sosial əhəmiyyətli layihələrin icrasına, digər iqtisadi əhəmiyyətli əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verəcəyini deyib.
Görüşün sonunda qonağa hədiyyələr təqdim edilib.
Keçidlər