Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdapay kəndində səyyar qəbul keçirilib

22 iyul 2022 | 09:23
İyulun 21-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə görüşüb. İcra başçısı kənd sakinləri ilə birlikdə elektrik enerjisi, suvarma, su təchizatı, torpaq və məşğulluq məsələlərini müzakirə edib. Bir çox məsələlər yerindəcə həll olunub.
Səyyar qəbuldan sonra icra başçısı şəhid ailələrini və şəhid məzarlarını ziyarət edib.
Keçidlər