Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ordenləri onların ailələrinə təqdim olunub.

10 avqust 2022 | 17:48
Avqustun 10-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Polkovnik Rahim Mustafayev Kürdəmir rayonunun Qarabucaq kəndindən olan şəhid Zahir Mehdiyevin, Mürtülü kəndindən olan şəhid Xaqani Məmmədovun və Sığırlı kəndindən olan şəhid Feyruz Tarverdiyevin ailələrini ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri şəhid ailələrinə təqdim olunub.
Keçidlər