Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında fəal iştirak etmiş Azərbaycan FHN-nin Kürdəmir rayon üzrə hissəsinin bir qrup əməkdaşı ilə görüş keçirilib.
17 mart 2023 | 14:57
Martın 16-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında fəal iştirak etmiş Azərbaycan FHN-nin Kürdəmir rayon üzrə hissəsinin bir qrup əməkdaşı ilə görüşüb.
Görüşdə vurğulanıb ki, cənab Prezident İlham Əliyevin göstərişi ilə qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Qeyd olunub ki, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqı türk millətinə dəstəyini göstərdi və bu birlik həmişə belə davam edəcək.
Tədbirin sonunda icra başçısı Elxan İbrahimov baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında fəal iştirakına görə bir qrup Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarına fəxri fərmanlar təqdim edib.