Şriftin ölçüsü :

Saytın rəngi :

Topalhəsənli kəndində səyyar qəbul keçirilib.

07 iyul 2022 | 18:08

İyulun 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Topalhəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Topalhəsənli, Şahsevən və Qaraqocalı kəndlərinin sakinləri ilə keçirib.

Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflər veriblər. Səsləndirilən hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.

Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhid məzarlarını və şəhid ailələrini ziyarət edib.

Keçidlər