“Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib.
Kürdəmir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin baş məsləhətçisi Ülvi Məmmədov, Dövlət Komitəsinin Dini Məsələlər üzrə şöbəsinin məsləhətçisi Aslan Sultanov, Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Daşqın Rüstəmov, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Dini qurumlara münasibətdə terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mütəmadi təlimlərin keçirilməsi, dini qurumların hesabatlılığının və maliyyə şəffaflığının gücləndirilməsinə nail olunmasının vacibliyini vurğulayıblar. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.