Şriftin ölçüsü :

Saytın rəngi :

Şilyan kəndində sakinlər ilə səyyar qəbul keçirilib

17 noyabr 2025 | 14:45

Noyabrın 17-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Şilyan kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı Şilyan kəndində şəhid ailəsini və şəhid məzarlarını ziyarət etmiş, qəbulda qaldırılan müraciət ilə bağlı Bakı-Ələt-Qazax-Gürcüstan Dövlət sərhəddi avtomobil yolunun rayonun Şilyan-Qarasu kənd avtomobil yolu ilə birləşən hissəsinə baxış keçirmişdir.

Keçidlər