Şriftin ölçüsü :

Saytın rəngi :

Sigma Şirkətlər Qrupunun əməkdaşları ilə görüş keçirilmişdir.

13 fevral 2026 | 15:28

Sigma Şirkətlər Qrupu SOCAR Midstream Gas Operations MMC (SMGO) Cənub Qaz Dəhlizi ətrafında yerləşən rayonlarda “Azərbaycanda ehtiyacların kompleks qiymətləndirilməsi” Layihəsini həyata keçirir.
Layihənin məqsədlərinə nail olmaq üçün tətbiq olunan yanaşmalardan biri  əsas məsələləri və proqramları araşdırmaq üçün dövlət qurumlarının nümayəndələrinin və ekspert qruplarının cəlb edilməsi ilə Dərin İntervülərin keçirilməsidir.
Bununla əlaqədar olaraq, 12.02.2026-cı il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyətində sözügedən təşkilatın aidiyyəti əməkdaşları ilə görüş keçirilmiş, layihənin gələcək dövr üçün Kürdəmir rayonuna verəcəyi töhfələrin əhəmiyyətinin vacib olduğu vurğulanmış, konkret mövzular ətrafında müzakirələr aparılmışdır.

Keçidlər