Şriftin ölçüsü :

Saytın rəngi :

Sığırlı kəndində sakinlər ilə növbəti səyyar qəbul keçirilib

21 noyabr 2025 | 17:24

Noyabrın 21-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Sığırlı kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı Sığırlı kəndindən olan şəhid ailələrini və şəhid məzarlarını ziyarət etmiş, qəbulda qaldırılan müraciət ilə əlaqədar Girdiman çayından qidalanan, Sığırlı kəndinin daxilindən keçən suvarma kanalına baxış keçirmişdir.

Keçidlər