Səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonun icra başçısı Elxan İbrahimov rayonda fəaliyyət göstərən səhiyyə işçiləri ilə görüşüb.
17 iyun 2025 | 14:58
Səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonun icra başçısı Elxan İbrahimov rayonda fəaliyyət göstərən səhiyyə işçiləri ilə görüşüb. Görüşdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov və xəstəxananın əməkdaşları, rayonun Psixiatriya xəstəxanasının kollektivi, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları iştirak ediblər. İşçiləri peşə bayramı münasibəti ilə təbrik edən Elxan İbrahimov səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup işçiyə fəxri fərmanlar təqdim edib.