Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin əziz xatirəsi Kürdəmirdə ehtiramla yad olunub

27 sentyabr 2022 | 15:53
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da ehtiramla yad edilib.
Əvvəlcə Şəhidlər Xiyabanında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kolletkivləri və rayon sakinləri tərəfindən şəhidlərin məzarları üstünə gül dəstələri düzüblər.
Şəhidlər Xiyabanında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov bildirib ki, müharibələr itkisiz olmur, şəhidlərimizin bizə bəxş etdiyi misilsiz qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.
Çıxış edənlər Vətən müharibəsi ilə xalqımızın əyilmiş qəddinin yenidən düzəldiyini, milli qürurumuzun geri qaytarıldığını, artıq dünya xalqları qarşısında başımızın dik, alnımızın açıq olduğunu diqqətə çatdırıblar.
Vətən müharibəsinin başlamasının 2-ci ildönümündə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Keçidlər